Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı |
Mojo.az Avto
Mojo.az Avto

Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi

29.10.2026 12:05 435
Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşamağa başlayan 14 yaşlı qızın anasının yenidən ailə qurmasından sonra zorakılığa məruz qaldığı iddia olunur.

Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə, qızın bibiləri evdə baş verənlərdən narahat olaraq vəziyyətə müdaxilə etməyə çalışıblar. Onlar qızın anası ilə söhbət etsələr də, cəhdləri nəticə verməyib. Daha sonra aidiyyəti dövlət qurumlarına müraciət olunub. Nəticədə qız anasının yanından götürülərək sığınacağa yerləşdirilib.

Məlumata əsasən, sığınacağa yerləşdirildikdən sonra da 14 yaşlı qız anasının təhdidləri ilə üzləşib və qorxu içində yaşayıb.

Qeyd olunub ki, qız indiyədək məktəbə getməyib. Hazırda sığınacaqda ilk dəfə əlifbanı öyrənir və təhsilə başlayır.

Bibilərinin sözlərinə görə, qızın anasının vəziyyəti də narahatlıq doğurur. Onlar qadının psixoloji problemlərinin ola biləcəyindən şübhələnirlər.

Son xəbərlər