Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama
Son bir həftə ərzində Azərbaycanda jurnalistlərin iki ayrı hadisədə fiziki zorakılığa məruz qalması media ictimaiyyətində narahatlıq yaradıb. Baş verənlər jurnalistlərin təhlükəsizliyi, peşə fəaliyyətinə müdaxilə və cəmiyyətdə media nümayəndələrinə münasibət məsələlərini yenidən gündəmə gətirib.
Bəs son dövrlər jurnalistlərə qarşı zorakılıq hallarının artması nə ilə bağlıdır?
Media eksperti Azər Həsrət Median.Az-a açıqlamasında bildirib ki, son dövrlər Azərbaycan cəmiyyətində, xüsusilə sosial medianın və yeni texnologiyaların geniş yayılması ilə əlaqədar toksik mühit formalaşıb.
Onun sözlərinə görə, cəmiyyətdə insanlar arasında gərginlik və aqressiya artıb. Bu vəziyyət jurnalistlərə qarşı münasibətdə də özünü göstərir:
“Yəni insanlar onlara jurnalist kimi yaxınlaşan hər kəsə o dırnaqarası sui-istifadəçilər kimi baxır. Bunlar da jurnalistikadan sui-istifadə edən hansısa arzuolunmaz ünsürlərdir. Ona görə də gerçək jurnalistlə o dırnaqarası jurnalisti ayırd etmək çox çətinləşib. Bu baxımdan həmişə çağırışlar edirik ki, keyfiyyətli və məsuliyyətli jurnalistikanı ciddi bir şəkildə irəli aparmaq lazımdır. Yəni cəmiyyət bilməlidir ki, jurnalistikadan sui-istifadə edənlər kimdir. Əlbəttə, bu dediklərim bu son iki hadisə ilə bağlı deyil, çünki onların hər ikisində hadisəyə məruz qalan, daha doğrusu, şiddətə məruz qalanlar real jurnalistlərdir, kifayət qədər hörmətli media qurumlarında işləyən jurnalistlərdir. Amma ümumi durum bundan qaynaqlanır. Yəni cəmiyyətdə bir stress ovqatı var, ondan savayı da jurnalistikadan sui-istifadə edənlərin sayı həddən artıq çoxdur”.
Bəs son dövrlər jurnalistlərə qarşı zorakılıq hallarının artması nə ilə bağlıdır?
Media eksperti Azər Həsrət Median.Az-a açıqlamasında bildirib ki, son dövrlər Azərbaycan cəmiyyətində, xüsusilə sosial medianın və yeni texnologiyaların geniş yayılması ilə əlaqədar toksik mühit formalaşıb.
Onun sözlərinə görə, cəmiyyətdə insanlar arasında gərginlik və aqressiya artıb. Bu vəziyyət jurnalistlərə qarşı münasibətdə də özünü göstərir:
“Ümumiyyətlə, Azərbaycan cəmiyyətində elə son dövrlər, xüsusən də bu sosial media, yeni texnologiyaların ünsət alması ilə bərabər çox ciddi bir toksik mühit yaranıb. Təkcə media əhlinə, jurnalistlərə münasibətdə deyil, ümumiyyətlə, insanların özləri bir-birlərinə münasibətdə çox əsəbidirlər. Ona görə də jurnalistlərlə bağlı belə hadisələr baş verir. Burada həm də jurnalistikadan sui-istifadə edənlərin rolu az deyil. Çünki hər yerindən duran özünə jurnalist deyib ortalıqda dolaşır. Belə bir şəraitdə, əlbəttə ki, narahatlıq yaradan vəziyyət olmalı idi”.
Ekspert qeyd edib ki, jurnalistikadan sui-istifadə edən şəxslərin çoxluğu cəmiyyətdə peşəkar jurnalistlərə münasibətə də mənfi təsir göstərir. Nəticədə insanlar jurnalist kimi onlara yaxınlaşan hər kəsə şübhə ilə yanaşır və peşəkar media nümayəndələrini digərlərindən fərqləndirməkdə çətinlik çəkirlər:“Yəni insanlar onlara jurnalist kimi yaxınlaşan hər kəsə o dırnaqarası sui-istifadəçilər kimi baxır. Bunlar da jurnalistikadan sui-istifadə edən hansısa arzuolunmaz ünsürlərdir. Ona görə də gerçək jurnalistlə o dırnaqarası jurnalisti ayırd etmək çox çətinləşib. Bu baxımdan həmişə çağırışlar edirik ki, keyfiyyətli və məsuliyyətli jurnalistikanı ciddi bir şəkildə irəli aparmaq lazımdır. Yəni cəmiyyət bilməlidir ki, jurnalistikadan sui-istifadə edənlər kimdir. Əlbəttə, bu dediklərim bu son iki hadisə ilə bağlı deyil, çünki onların hər ikisində hadisəyə məruz qalan, daha doğrusu, şiddətə məruz qalanlar real jurnalistlərdir, kifayət qədər hörmətli media qurumlarında işləyən jurnalistlərdir. Amma ümumi durum bundan qaynaqlanır. Yəni cəmiyyətdə bir stress ovqatı var, ondan savayı da jurnalistikadan sui-istifadə edənlərin sayı həddən artıq çoxdur”.
