Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı

02.11.2026 14:47 162
Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı
Xaçmaz rayonunda kişi həyat yoldaşını bıçaqlayıb.

Hadisə rayonun Xaspoladoba kəndində baş verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü Orxan Məmmədov (soyad şərtidir - red.) daha əvvəl oğurluğa görə bir il doqquz ay altı gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bir müddətdən sonra cəzasının çəkilməmiş hissəsindən azad olunub. İki uşaq atası olan Orxan ailədə mübahisələr yaradıb və həyat yoldaşı evdən gedib. Orxan uşaqlarını internat məktəbinə təhvil verərək, Hacıqabul rayonuna işləməyə gedib. İşlədiyi dövrdə o, aldığı borcu qaytara bilmədiyindən pul sahibi Orxanın həyat yoldaşının evinə gəlib.

Qadın Orxana zəng vuraraq borc sahibinin onlara gəldiyini deyib. Orxan isə axşam evə gələcəyini bildirib. O, gecə vaxtı evə gəlib həyat yoldaşına zəng vursa da, qadın telefona cavab verməyib. Bundan əsəbiləşən Orxan mənzilə daxil olub və qadının əlində telefon görüb. Arvadından telefonun kodunu istəyib. Orxandan ayrı yaşayan xanımı bundan imtina edib və nəticədə mübahisə yaranıb. Orxan həyat yoldaşını döyüb və 4 bıçaq zərbəsi vurub.

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Orxan saxlanılaraq istintaqa təhvil verilib.

Məhkəmənin hökmü ilə O.Məmmədov 3 il 6 ay azadlıqdan məhrum edilib.
//oxu.az

Son xəbərlər