Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Kişi ondan borc istəyən arvadını döydü

03.09.2026 14:12 558
Kişi ondan borc istəyən arvadını döydü
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb.

Hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib.

Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib.

Bir neçə gün əvvəl O.Səfərov evə gələndə həyat yoldaşı ondan borc istəyib. Bildirib ki, qardaşına pul lazımdır və qısa müddətdə qaytaracaq. Orxan bu məsələdən əsəbiləşib və cütlük arasında mübahisə yaranıb, kişi arvadını döyüb.

Hadisə yerinə polis əməkdaşları gəlib və Orxan saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, iş Biləsuvar Rayon Məhkəməsinə göndərilib. Məhkəmə cütlük arasında barışıq elan edib və cinayət işinə xitam verib.
//oxu.az

Son xəbərlər