Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağstafada kişi məktəbə hücum etdi, keçmiş arvadını öldürmək istədi

08.01.2026 12:28 402
Ağstafada kişi məktəbə hücum etdi, keçmiş arvadını öldürmək istədi
Ağstafa rayonunda kişi musiqi məktəbinə hücum edərək, keçmiş arvadını öldürmək istəyib.

Hadisə Ağstafa şəhəri Hüseyn Arif adına musiqi məktəbində baş verib.

Rayonun Poylu kənd sakini, 1980-ci il təvəllüdlü Azər Sadıqov (ad və soyad şərtidir) həyat yoldaşından rəsmi boşanıb. Hadisədən iki il sonra Azər həyat yoldaşı ilə yenidən birlikdə yaşamaq istəsə də, qadın onun bu təklifini rədd edib. Azər bu barədə keçmiş həyat yoldaşına dəfələrlə təklif etsə də, qadın onunla razılaşmayıb.

Bir neçə gün əvvəl Azər spirtli içki qəbul edərək, sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının işlədiyi musiqi məktəbinə gəlib. O, qadınla görüşərək ona yenidən təklif edib. Qadın isə yenə də təklifi rədd edib. Hadisədən əsəbiləşən A.Sadıqov məktəbdə yüksək səslə söyüş söyməklə qadını hədələməyə başlayıb. Daha sonra o, qadını öldürəcəyini bildirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və A.Sadıqov saxlanılıb. A.Sadıqov barəsində inzibati protokol tərtib edilərək iş məhkəməyə göndərilib.

Ağstafa Rayon Məhkəməsinin qərarı ilə A.Sadıqov barəsində 7 sutka inzibati həbs qərarı çıxarılıb.
//oxu.az

Son xəbərlər