Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ
İnsanların gündəlik həyatda daha aqressiv davranması, kiçik hadisələrə belə kəskin reaksiya verməsi və bir-birini anlamaqda çətinlik çəkməsi cəmiyyətdə diqqət çəkən məsələlərdəndir. Bəzən ictimai nəqliyyatda, tıxaclarda və ya adi məişət münasibətlərində yaranan kiçik anlaşılmazlıqlar belə mübahisə və qarşıdurmaya çevrilir. Bəs insanların aqressiv davranışlarının arxasında hansı səbəblər dayanır? Uşaqlıqda alınan tərbiyə və ailə münasibətləri bu məsələyə necə təsir edir?
Bu barədə psixoloq Sevinc Həbibovanın Median.Az-a müsahibəsini təqdim edirik:
“Aqressiyanın təməli uşaqlıqda qoyulur”
İnsanların aqressiv davranışlarının formalaşmasında uşaqlıq dövründə aldıqları tərbiyə, valideyn sevgisi və qayğısının mühüm rol oynadığını düşünürəm. İnsan körpəlikdən sevgi, diqqət və qayğı gördükdə, onun emosional inkişafı da daha sağlam formalaşır. Əksinə, uşaqlıqdan sevgisizlik, diqqətsizlik və dinlənilməmək insanın daxili gərginliyinin artmasına, gələcəkdə isə aqressiv davranışlar nümayiş etdirməsinə səbəb ola bilər.
Bu gün insanların bəzən ən kiçik hadisəyə belə həddindən artıq emosional reaksiya verməsinin şahidi oluruq. Məsələn, ictimai nəqliyyatda bir nəfər bilmədən digərinin ayağını tapdalayır, lakin qarşı tərəf bunu anlayışla qarşılamaq əvəzinə aqressiv şəkildə cavab verir. Halbuki belə hallarda bir qədər səbirli və anlayışlı davranmaq mümkündür. Düşünürəm ki, insanların bir-birinə qarşı daha diqqətli və qayğıkeş olması cəmiyyətdə aqressiyanın azalmasına müsbət təsir göstərə bilər.
“Valideynlər uşaqlarını dinləməlidir”
Ailə münasibətləri də bu məsələdə xüsusi əhəmiyyət daşıyır. Bəzən uşaqlar valideynləri tərəfindən dinlənilmir, onların düşüncələrinə və hisslərinə kifayət qədər diqqət yetirilmir. Təbii ki, valideynlərin iş və gündəlik həyat qayğıları olur, lakin bu, övladlarla ünsiyyətin arxa plana keçirilməsinə səbəb olmamalıdır.
Uşağın fikirlərini dinləmək, onunla söhbət etmək, hisslərini anlamağa çalışmaq sağlam psixoloji mühitin formalaşması üçün vacibdir. Uşaqlıqdan eşidilən, başa düşülən və sevgi görən insanın gələcək münasibətlərində də bu dəyərlərin əks olunması mümkündür. İnsanları sevgi ilə tərbiyə etmək lazımdır. Ana, ata, övlad, qonşu və iş yoldaşları arasında qarşılıqlı sevgi və hörmət olmalıdır.
“Telefon və sosial şəbəkələr canlı ünsiyyəti azaldır”
Digər tərəfdən, sosial şəbəkələrdən və telefonlardan həddindən artıq istifadə də insanların gündəlik ünsiyyətinə təsir göstərir. Bu gün bəzən insanlar qonaq gedərkən belə bir-biri ilə söhbət etmək əvəzinə telefonlarına üstünlük verirlər. Uzun müddət ekran qarşısında qalmaq, real ünsiyyətin azalması və fiziki aktivliyin məhdudlaşması insanın emosional vəziyyətinə mənfi təsir göstərə bilər.
Sosial şəbəkələrin müsbət tərəfləri də var. İnsanlar bu platformalar vasitəsilə xəbərləri izləyir, məlumat əldə edir və dünyada baş verən hadisələrdən xəbərdar olurlar. Lakin əsas məsələ onlardan necə istifadə edilməsidir. İnsanlar bir qədər telefonlardan uzaqlaşmalı, canlı ünsiyyətə, ailə münasibətlərinə və özlərinə vaxt ayırmalıdırlar.
“Aqressiyanın bütün səbəblərini sevgisizliklə bağlamaq olmaz”
İnsanların asudə vaxtlarını daha səmərəli keçirməsi, kitab oxuması, təmiz havada gəzməsi, fiziki aktivliyə vaxt ayırması və yaxınları ilə canlı ünsiyyət qurması vacibdir. Bununla belə, aqressiv davranışların bütün hallarda yalnız sevgisizlik və qayğısızlıqla əlaqələndirilməsi düzgün olmaz. Bəzi insanlarda psixoloji, emosional və digər fərdi amillər də aqressiyanın yaranmasına səbəb ola bilər. Buna görə də hər bir hadisəyə fərdi yanaşmaq lazımdır.
Cəmiyyətdə aqressiyanın azalması üçün insanlar bir-birinə daha çox sevgi, diqqət və qayğı göstərməlidirlər. İnsan nə qədər sevgi və anlayış görərsə, başqalarına qarşı münasibətlərində də bu dəyərləri nümayiş etdirmək imkanı bir o qədər artar. Daha sağlam cəmiyyətin formalaşması üçün ilk növbədə ailədən başlayan sevgi, qarşılıqlı hörmət və anlayış mühiti yaradılmalıdır.
Bu barədə psixoloq Sevinc Həbibovanın Median.Az-a müsahibəsini təqdim edirik:
“Aqressiyanın təməli uşaqlıqda qoyulur”
İnsanların aqressiv davranışlarının formalaşmasında uşaqlıq dövründə aldıqları tərbiyə, valideyn sevgisi və qayğısının mühüm rol oynadığını düşünürəm. İnsan körpəlikdən sevgi, diqqət və qayğı gördükdə, onun emosional inkişafı da daha sağlam formalaşır. Əksinə, uşaqlıqdan sevgisizlik, diqqətsizlik və dinlənilməmək insanın daxili gərginliyinin artmasına, gələcəkdə isə aqressiv davranışlar nümayiş etdirməsinə səbəb ola bilər.
Bu gün insanların bəzən ən kiçik hadisəyə belə həddindən artıq emosional reaksiya verməsinin şahidi oluruq. Məsələn, ictimai nəqliyyatda bir nəfər bilmədən digərinin ayağını tapdalayır, lakin qarşı tərəf bunu anlayışla qarşılamaq əvəzinə aqressiv şəkildə cavab verir. Halbuki belə hallarda bir qədər səbirli və anlayışlı davranmaq mümkündür. Düşünürəm ki, insanların bir-birinə qarşı daha diqqətli və qayğıkeş olması cəmiyyətdə aqressiyanın azalmasına müsbət təsir göstərə bilər.
“Valideynlər uşaqlarını dinləməlidir”
Ailə münasibətləri də bu məsələdə xüsusi əhəmiyyət daşıyır. Bəzən uşaqlar valideynləri tərəfindən dinlənilmir, onların düşüncələrinə və hisslərinə kifayət qədər diqqət yetirilmir. Təbii ki, valideynlərin iş və gündəlik həyat qayğıları olur, lakin bu, övladlarla ünsiyyətin arxa plana keçirilməsinə səbəb olmamalıdır.
Uşağın fikirlərini dinləmək, onunla söhbət etmək, hisslərini anlamağa çalışmaq sağlam psixoloji mühitin formalaşması üçün vacibdir. Uşaqlıqdan eşidilən, başa düşülən və sevgi görən insanın gələcək münasibətlərində də bu dəyərlərin əks olunması mümkündür. İnsanları sevgi ilə tərbiyə etmək lazımdır. Ana, ata, övlad, qonşu və iş yoldaşları arasında qarşılıqlı sevgi və hörmət olmalıdır.
“Telefon və sosial şəbəkələr canlı ünsiyyəti azaldır”
Digər tərəfdən, sosial şəbəkələrdən və telefonlardan həddindən artıq istifadə də insanların gündəlik ünsiyyətinə təsir göstərir. Bu gün bəzən insanlar qonaq gedərkən belə bir-biri ilə söhbət etmək əvəzinə telefonlarına üstünlük verirlər. Uzun müddət ekran qarşısında qalmaq, real ünsiyyətin azalması və fiziki aktivliyin məhdudlaşması insanın emosional vəziyyətinə mənfi təsir göstərə bilər.
Sosial şəbəkələrin müsbət tərəfləri də var. İnsanlar bu platformalar vasitəsilə xəbərləri izləyir, məlumat əldə edir və dünyada baş verən hadisələrdən xəbərdar olurlar. Lakin əsas məsələ onlardan necə istifadə edilməsidir. İnsanlar bir qədər telefonlardan uzaqlaşmalı, canlı ünsiyyətə, ailə münasibətlərinə və özlərinə vaxt ayırmalıdırlar.
“Aqressiyanın bütün səbəblərini sevgisizliklə bağlamaq olmaz”İnsanların asudə vaxtlarını daha səmərəli keçirməsi, kitab oxuması, təmiz havada gəzməsi, fiziki aktivliyə vaxt ayırması və yaxınları ilə canlı ünsiyyət qurması vacibdir. Bununla belə, aqressiv davranışların bütün hallarda yalnız sevgisizlik və qayğısızlıqla əlaqələndirilməsi düzgün olmaz. Bəzi insanlarda psixoloji, emosional və digər fərdi amillər də aqressiyanın yaranmasına səbəb ola bilər. Buna görə də hər bir hadisəyə fərdi yanaşmaq lazımdır.