Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq

26.10.2026 13:47 558
Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq
Uşaqların aqressiv davranışları valideynlər və müəllimlər üçün ciddi narahatlıq yaradır. Ailə münasibətləri, məktəb mühiti, ekran qarşısında keçirilən vaxt və emosional ehtiyaclar bu davranışlara təsir göstərə bilər. Uşaqlarda aqressiyanın əsas səbəbləri hansılardır və valideynlər bu davranışlarla qarşılaşdıqda necə reaksiya verməlidirlər?

Pediatr-allerqoloq Xəyala Quliyeva Medina.Az-a açıqlmasında qeyd edib ki, aqressiv davranışın yaranmasında ailə mühiti mühüm rol oynayır:
“Məsələn, valideynlər arasında münaqişələrin olması, boşanma, ailə üzvlərindən birinin və ya uşağın çox sevdiyi insanın vəfat etməsi ona ciddi təsir göstərə bilər. Ailədə zorakılıq varsa, uşaq döyülürsə və ya böyüklər arasında fiziki şiddət yaşanırsa, bu, uşağın davranışlarında da özünü göstərə bilər. Bundan başqa, uşaq ailədə kifayət qədər diqqət və sevgi görmədikdə, özünü dəyərsiz hiss etdikdə aqressiv davranışlar sərgiləyə bilər. Məsələn, ailəyə yeni uşağın gəlməsi nəticəsində əvvəlki uşaq diqqətdən kənarda qaldığını düşünə bilər. Bu zaman o, hisslərini düzgün ifadə edə bilmədiyindən özündən kiçik uşaqlara və ya böyüklərə qarşı aqressiv münasibət göstərə bilər. Uşağın davranışlarına təsir edən digər mühüm amil məktəb mühitidir. Müəllimin uşağa qarşı kobud davranması, onu təhqir etməsi və ya alçaldıcı ifadələr işlətməsi ciddi psixoloji problemlərə səbəb ola bilər. Eyni zamanda, sinif yoldaşları tərəfindən bullinqə məruz qalmaq da uşağın aqressiv davranışlarını artıra bilər. Məsələn, uşağın xarici görünüşünə, çəkisinə və ya digər xüsusiyyətlərinə görə lağa qoyulması onun psixoloji vəziyyətinə mənfi təsir göstərir. Sinifdə qruplaşmaların olması və uşağın özünü həmin qruplardan kənarda hiss etməsi də aqressiv davranışlara yol aça bilər”.
Həkim qeyd edib ki, digər mühüm səbəblərdən biri də televiziya və telefondan həddindən artıq istifadədir:
“Xüsusilə yaşa uyğun olmayan oyunlar uşaqların davranışlarına mənfi təsir göstərə bilər. Hazırda geniş yayılan Roblox oyununun uşaqlara təsiri ilə bağlı öz təcrübəmdə də belə hallarla qarşılaşmışam. Şəxsən 15-20 uşağın bu oyundan uzaqlaşmasına kömək etmişəm. Bu təcrübə onu göstərir ki, uşaqların oynadığı oyunlara və internetdə keçirdikləri vaxta valideynlər diqqət yetirməlidirlər. Uşağın uzun müddət internetdə vaxt keçirməsi yuxu rejiminin pozulmasına, fiziki aktivliyin azalmasına və ailə üzvləri ilə ünsiyyətin zəifləməsinə səbəb ola bilər. Bütün bunlar uşağın emosional vəziyyətinə və davranışlarına mənfi təsir göstərə bilər. Aqressiv davranışın yaranmasında uşağın sağlamlıq vəziyyəti də rol oynaya bilər. Bəzi hallarda qan azlığı, D vitamini çatışmazlığı və digər sağlamlıq problemləri uşağın ümumi vəziyyətinə təsir edir. Eyni zamanda, stress, aclıq və yuxusuzluq da uşağın daha əsəbi və aqressiv olmasına səbəb ola bilər. Parazitar infeksiyalar da bəzi hallarda uşağın ümumi vəziyyətinə təsir göstərə bilər. Lakin aqressiv davranışın səbəbini müəyyənləşdirmək üçün uşağın vəziyyəti ayrıca qiymətləndirilməlidir”.
Bəs belə hallarda valideynlər nə etməlidirlər?

Həkim deyib ki, ilk növbədə, uşağı döymək və təhqir etmək qətiyyən düzgün deyil:
“Bu cür davranışlar problemi həll etmək əvəzinə, daha da dərinləşdirə bilər. Uşaq özünü anlaşılmamış və təzyiq altında hiss etdikdə aqressiv davranışları arta, hətta evdən qaçmaq kimi təhlükəli addımlara əl ata bilər. Buna görə də zorakılıq tərbiyə üsulu kimi qəbul edilməməlidir.
Valideyn uşağın hisslərini anlamağa çalışmalı, onunla sakit şəkildə danışmalıdır. Məsələn, uşağa əsəbiləşdiyini başa düşdüyünü bildirmək və aqressiv davranışın səbəbini birlikdə araşdırmağı təklif etmək olar. Uşaqla düzgün ünsiyyət qurulduqda problemin səbəbini müəyyənləşdirmək və onu aradan qaldırmaq daha asan olur. Əgər uşaq kiməsə fiziki zərər verməyə çalışırsa, böyüklər dərhal müdaxilə etməli və təhlükənin qarşısını almalıdırlar. Bıçaq, qayçı və digər təhlükəli əşyalar uşağın əli çatmayan yerdə saxlanılmalıdır. Bu, həm uşağın özünün, həm də ətrafındakıların təhlükəsizliyi baxımından vacibdir”.

Bir pediatr kimi hesab edirəm ki, belə hallarda ilk növbədə valideynlər anlayışlı və səbirli olmalıdırlar:
“Uşaq hələ öz hisslərini və davranışlarını idarə etməyi tam öyrənməyib. Buna görə də böyüklər onun davranışlarının arxasında dayanan səbəbləri anlamağa çalışmalıdırlar. Aqressiv davranışın səbəbi məktəblə bağlıdırsa, müəllimlərlə əməkdaşlıq edilməli, problem ailə mühitindən qaynaqlanırsa, həmin amillər aradan qaldırılmalıdır. Zərurət yarandıqda pediatrın və ya uşaq psixoloqunun köməyinə müraciət etmək lazımdır. Aqressiv davranış davamlı xarakter alırsa, şiddətlənirsə və ya uşağın özünə, yaxud ətrafındakılara zərər verməsi riski yaranırsa, mütəxəssisə müraciəti gecikdirmək olmaz”.

Son xəbərlər