"Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq
Son günlər hicab məsələsi ətrafında cəmiyyətdə aparılan müzakirələr və yaranan mübahisələr uşaqların psixoloji vəziyyətinə mümkün təsirləri də gündəmə gətirir. Xüsusilə böyüklərin bu mövzuda sərt mövqe nümayiş etdirməsi, qarşıdurmaların uşaqların gözü qarşısında baş verməsi və onların dini seçimlər üzərindən müzakirələrin mərkəzinə çevrilməsi müəyyən psixoloji fəsadlara səbəb ola bilər.
Uşaqların belə hadisələr zamanı qorxu, çaşqınlıq, utanc və özünü təhlükədə hiss etmək kimi emosiyalar yaşaması mümkündür. Bəs hicab ətrafında yaranan ictimai gərginlik uşaqların psixologiyasına necə təsir edir? Belə hadisələr onlarda travma yarada bilərmi?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib:
"Düşünürəm ki, bu məsələyə yalnız böyüklərin mövqeyi baxımından deyil, ilk növbədə uşaqların psixoloji vəziyyəti baxımından yanaşmaq lazımdır. Çünki uşaqlar ətraflarında baş verən hadisələri böyüklər kimi təhlil edə bilməsələr də, həmin hadisələrin yaratdığı emosional gərginliyi hiss edirlər.
Məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin sərt mübahisələrə və qarşıdurmalara çevrilməsi həm hicablı, həm də hicabsız uşaqlarda narahatlıq, qorxu və çaşqınlıq yarada bilər. Uşaq özünü fərqli, qəbul edilməyən və ya təhlükədə hiss edə bilər. Xüsusilə böyüklərin uşaqların geyimi üzərindən bir-birini ittiham etməsi onların özünə münasibətinə, sosial əlaqələrinə və məktəb mühitindəki güvən hissinə mənfi təsir göstərə bilər".
Psixoloqun sözlərinə görə, belə hadisələr uşaqlarda müəyyən hallarda travma yarada bilər. Lakin hər bir narahatedici hadisəni travma kimi qiymətləndirmək düzgün deyil. Psixoloji təsir hadisənin xarakterindən, uşağın yaşından, özünü nə dərəcədə təhlükədə hiss etməsindən, əvvəlki təcrübələrindən və aldığı emosional dəstəkdən asılıdır. Güclü qorxu, təkrarlanan qarşıdurmalar, alçaldılma və təhdid hissi bəzi uşaqlarda uzunmüddətli emosional çətinliklərə səbəb ola bilər.
Digər tərəfdən, məktəblərdə vahid geyim qaydalarının tətbiqinin də müəyyən müsbət tərəfləri var. Məktəbli forması uşaqlar arasında geyim və maddi imkanlarla bağlı fərqlərin daha az nəzərə çarpmasına, ümumi məktəb mənsubiyyətinin və bərabərlik hissinin güclənməsinə kömək edə bilər.
"Bununla belə, vahid geyim qaydalarının uşaqlarda ayrı-seçkilik və ya kənarlaşdırılma hissi yaratmaması da vacibdir. Bu məsələlər müzakirə edilərkən uşaqların emosional ehtiyacları və məktəbde özlərini rahat hiss etmələri nəzərə alınmalıdır.
Burada valideynlərin üzərinə xüsusi məsuliyyət düşür. Valideynlər öz düşüncələrini və mövqelərini ifadə edə bilərlər, lakin uşaqları böyüklərin mübahisələrinin vasitəsinə çevirmək, onların yanında aqressiv davranmaq, digər insanları alçaltmaq və ya uşağa emosional təzyiq göstərmək düzgün deyil. Uşaq böyüklərin mübarizəsini daşımalı, onların mövqeyini müdafiə etmək üçün psixoloji gərginlik yaşamalı deyil", — deyə Dilruba Həsənova əlavə edib.
Mütəxəssis qeyd edib ki, kiçik yaşlı uşaqların hicab taxması məsələsinə də uşağın yaş xüsusiyyətləri, özünüifadə imkanları və psixoloji ehtiyacları nəzərə alınmaqla yanaşılmalıdır. Uşağın dini və ya ailəvi dəyərlərlə münasibəti onun yaşına uyğun şəkildə izah edilməli, bu mövzu qorxu, məcburiyyət, utandırma və ya münaqişə vasitəsinə çevrilməməlidir. Əsas məsələ uşağın özünü təhlükəsiz hiss etməsi, suallarını sərbəst verə bilməsi və böyüklər tərəfindən eşidildiyini bilməsidir.
Mənim psixoloq kimi mövqeyim budur ki, hansı mövqedə olmasından asılı olmayaraq, hər bir uşaq hörmətə, təhlükəsizliyə və emosional dəstəyə layiqdir. Böyüklər fikir ayrılıqlarını uşaqların psixoloji sağlamlığı hesabına həll etməməlidirlər. Çünki uşaqlar yalnız dediklərimizi deyil, bir-birimizə necə münasibət göstərdiyimizi də öyrənirlər.
Psixoloq sonda vurğulayıb:
"Unutmamalıyıq ki, uşaqların sağlam psixoloji inkişafı üçün onlara qorxu və qarşıdurma deyil, güvən, anlayış və hörmət hissi vermək vacibdir. Heç bir şəxsi mövqe uşağın psixoloji sağlamlığından daha üstün tutulmamalıdır".
Dəniz Pənahova
Median.Az
Uşaqların belə hadisələr zamanı qorxu, çaşqınlıq, utanc və özünü təhlükədə hiss etmək kimi emosiyalar yaşaması mümkündür. Bəs hicab ətrafında yaranan ictimai gərginlik uşaqların psixologiyasına necə təsir edir? Belə hadisələr onlarda travma yarada bilərmi?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib:
"Düşünürəm ki, bu məsələyə yalnız böyüklərin mövqeyi baxımından deyil, ilk növbədə uşaqların psixoloji vəziyyəti baxımından yanaşmaq lazımdır. Çünki uşaqlar ətraflarında baş verən hadisələri böyüklər kimi təhlil edə bilməsələr də, həmin hadisələrin yaratdığı emosional gərginliyi hiss edirlər.
Məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin sərt mübahisələrə və qarşıdurmalara çevrilməsi həm hicablı, həm də hicabsız uşaqlarda narahatlıq, qorxu və çaşqınlıq yarada bilər. Uşaq özünü fərqli, qəbul edilməyən və ya təhlükədə hiss edə bilər. Xüsusilə böyüklərin uşaqların geyimi üzərindən bir-birini ittiham etməsi onların özünə münasibətinə, sosial əlaqələrinə və məktəb mühitindəki güvən hissinə mənfi təsir göstərə bilər".
Psixoloqun sözlərinə görə, belə hadisələr uşaqlarda müəyyən hallarda travma yarada bilər. Lakin hər bir narahatedici hadisəni travma kimi qiymətləndirmək düzgün deyil. Psixoloji təsir hadisənin xarakterindən, uşağın yaşından, özünü nə dərəcədə təhlükədə hiss etməsindən, əvvəlki təcrübələrindən və aldığı emosional dəstəkdən asılıdır. Güclü qorxu, təkrarlanan qarşıdurmalar, alçaldılma və təhdid hissi bəzi uşaqlarda uzunmüddətli emosional çətinliklərə səbəb ola bilər.Digər tərəfdən, məktəblərdə vahid geyim qaydalarının tətbiqinin də müəyyən müsbət tərəfləri var. Məktəbli forması uşaqlar arasında geyim və maddi imkanlarla bağlı fərqlərin daha az nəzərə çarpmasına, ümumi məktəb mənsubiyyətinin və bərabərlik hissinin güclənməsinə kömək edə bilər.
"Bununla belə, vahid geyim qaydalarının uşaqlarda ayrı-seçkilik və ya kənarlaşdırılma hissi yaratmaması da vacibdir. Bu məsələlər müzakirə edilərkən uşaqların emosional ehtiyacları və məktəbde özlərini rahat hiss etmələri nəzərə alınmalıdır.
Burada valideynlərin üzərinə xüsusi məsuliyyət düşür. Valideynlər öz düşüncələrini və mövqelərini ifadə edə bilərlər, lakin uşaqları böyüklərin mübahisələrinin vasitəsinə çevirmək, onların yanında aqressiv davranmaq, digər insanları alçaltmaq və ya uşağa emosional təzyiq göstərmək düzgün deyil. Uşaq böyüklərin mübarizəsini daşımalı, onların mövqeyini müdafiə etmək üçün psixoloji gərginlik yaşamalı deyil", — deyə Dilruba Həsənova əlavə edib.
Mütəxəssis qeyd edib ki, kiçik yaşlı uşaqların hicab taxması məsələsinə də uşağın yaş xüsusiyyətləri, özünüifadə imkanları və psixoloji ehtiyacları nəzərə alınmaqla yanaşılmalıdır. Uşağın dini və ya ailəvi dəyərlərlə münasibəti onun yaşına uyğun şəkildə izah edilməli, bu mövzu qorxu, məcburiyyət, utandırma və ya münaqişə vasitəsinə çevrilməməlidir. Əsas məsələ uşağın özünü təhlükəsiz hiss etməsi, suallarını sərbəst verə bilməsi və böyüklər tərəfindən eşidildiyini bilməsidir.Mənim psixoloq kimi mövqeyim budur ki, hansı mövqedə olmasından asılı olmayaraq, hər bir uşaq hörmətə, təhlükəsizliyə və emosional dəstəyə layiqdir. Böyüklər fikir ayrılıqlarını uşaqların psixoloji sağlamlığı hesabına həll etməməlidirlər. Çünki uşaqlar yalnız dediklərimizi deyil, bir-birimizə necə münasibət göstərdiyimizi də öyrənirlər.