Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər

15.10.2026 21:50 147
Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər
"Minimum əməkhaqqının artım tempinin təsbit olunmuş qaydaları var. Əvvəl inflyasiyanın artım tempinə görə idi, indi isə orta aylıq əməkhaqqının artım tempinə görədir. Bu da təqribən 8-9% civarındadır. Çox güman ki, minimum əməkhaqqı bu dərəcədə artacaq. Yəni, hardasa 8-9% olsa, yəqin ki, bunu yuvarlaqlaşdıraraq 10% civarında edə bilərlər".

Bunu açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, hazırda minimum əməkhaqqı 400 manatdır, artımla 440 manat, ən yaxşı halda isə 450 manat ola bilər:

"Minimum əməkhaqqının Azərbaycan iqtisadiyyatında oynadığı rol çox azdır və o qədər də böyük deyil. Tutaq ki, minimum əməkhaqqı 450 manat oldu, bu nəyə təsir göstərir? Bu ancaq ona təsir göstərir ki, işəgötürənlər bundan aşağı əməkhaqqı verə bilməzlər. Bir tək ona təsir göstərir. Amma indi 400-450 manata kim işləyir ki? Əsasən də Bakı şəhərini qeyd edərdim. İnsanlar daha yüksək əməkhaqqı axtarırlar, çünki həyat bahalıdır. Ona görə də minimum əməkhaqqının Azərbaycan iqtisadiyyatına birbaşa təsirləri çox azdır".
İqtisadçı qeyd edib ki, pensiyaların, müavinətlərin artımı da təqribən minimum əməkhaqqındakı artım qədər olacaq:

"Yəni, təqribən 8-10% civarında olacağını düşünürəm. Açığı bundan artıq olması gözlənilmir. Keçmiş illərin praktikasını, yeni qanunvericilik dəyişikliklərini nəzərə alanda demək olar ki, təqaüdlər də, müavinətlər də 10% civarında artacaq".скачать dle 11.3
Mojo.az Banner