Mojo.az Banner
22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |     20:51 Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri bəlli oldu  |     20:46 20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir  |     20:40 "Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu  |     20:35 Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...  |    
Left Banner
Right Banner

Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər

10.09.2026 19:32 123
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, bu, əməkhaqqını dövlət vahid tarif cədvəlinə əsasən alan şəxslərin hamısının əməkhaqqısına təsir etmiş olacaq.

"Minimum əməkhaqqı növbəti ilin yanvarın 1-dən qüvvəyə minəcəyinə görə, dövlət sektorunda tətbiq olunan 14 bəndlik tarif cədvəli əsasında əməkhaqqı alanlarda artımın olması gözlənilir. Eyni zamanda minimum əməkhaqqı artdığına görə, bu prosesin özəl sektorda da əməkhaqqılarına təsiri olacaq".

İqtisadçı qeyd edib ki, maaş, pensiya və başqa ödənişlər növbəti ildən arta bilər: "Pensiyalardakı artımlar indeksasiya metodu ilə olur. Hər il pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq indeksasiya edilir. Onu qeyd etmək istərdim ki, minimum əməkhaqqının artırılması məsələsinə baxılacaq. Bu ilin fevral ayında belə bir qanun qəbul edildi ki, istisnasız olaraq hər il minimum əməkhaqqının məbləğinə yenidən baxılacaq. Hər il artırılacağı deyil, baxılacağı qeyd edilib. Sonuncu dəfə minimum əməkhaqqı 2025-in yanvarın 1-də qaldırıldığına görə, güman edirəm ki, minimum əməkhaqqıya baxılma zamanı onun artırılması barədə qərar veriləcək. Çünki 2 ildir minimum əməkhaqqı məbləğinə baxılmayıb. Keçən il təqribən 6%-dən bir qədər çox inflyasiya olub, bu il də təqribən o həddə inflyasiya var və inflyasiyanın aşağı düşəcəyi gözlənilmir, əksinə tempin artması ilə bağlı narahatlıq var. Bu baxımdan güman edirəm ki, minimum əməkhaqqı təqribən 10-15% intervalında artırılacaq.

Minimum əməkhaqqı artanda digər ödənişlər də artır. Digər ödənişlərə gəldikdə, ünvanlı sosial yardım da artacaq. Bunun üçün "Yaşayış minimumu haqqında" qanun qəbul ediləcək. "Yaşayış minimumu haqqında" qanun qəbul ediləndə minimum istehlak səbətinin həcmi müəyyənləşir. Minimum istehlak səbətinin həcmi keçən illə müqayisədə artacaq. Ona görə ki, ölkədə 6%-dən çox inflyasiya var. Ən azından bu 6%-dən bir qədər çox yaşayış minimumu artırılacaq. Yaşayış minimumu artırılanda avtomatik olaraq ünvanlı sosial yardım artacaq. Amma bunların hamısı 2027-ci ilin yanvar ayından sonra baş verəcək".скачать dle 11.3
Mojo.az Banner