Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu il Azərbaycanda minimum əməkhaqqı artırılacaq?

09.07.2026 17:04 414
Bu il Azərbaycanda minimum əməkhaqqı artırılacaq?
"Minimum əməkhaqqının artırılması ilə bağlı Əmək Məcəlləsində dəyişikliklər edilib və yeni dəyişikliklərə əsasən, minimum əməkhaqqı ildə ən azı bir dəfə artırılacaq. Ona görə də minimum əməkhaqqında artım artıq ildə bir dəfədən az olmayaraq həyata keçiriləcək".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, artıq növbəti dövrdə bu mütəmadi artımlarla müşahidə olunacaq və qanuniləşəcək:

"Dəyişikliklər cənab Prezident tərəfindən bu ilin fevral ayında təsdiq olundu. Bu deməkdir ki, məhz dəyişikliklər təsdiq olunduğu növbəti bir il ərzində biz minimum əməkhaqqının ən azı bir dəfə artırılmasını müşahidə edəcəyik. Söhbət ən azı bir dəfə artırılmaqdan gedir. Təbii ki, maliyyə imkanları daha çox olacağı halda daha çox artımların həyata keçirilməsi mümkündür. Sadəcə, bizim bu istiqamətdə təkliflərimizdən biri minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin azaldılmasıdır. Nəzərə alsaq ki, hazırda minimum əməkhaqqı orta aylıq əməkhaqqının təxminən 40%-ni formalaşdırır, amma hədəf ən azı 50%-ə çatmaqdır.

Əksər ölkələrdə bu 70% və daha üstündür. Təklifimiz ondan ibarətdir ki, mövcud maliyyə imkanları çərçivəsində minimum əməkhaqqında artımlar həyata keçirilən zaman daha yüksək faizlə artımların həyata keçirilməsi məqsədəuyğun olardı. Çünki bu, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin azalmasına gətirib çıxarardı".скачать dle 11.3

Son xəbərlər