Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi | 12:39 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar | 12:38 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda maaşlar yenidən artırıla bilər – Deputatdan açıqlama

07.05.2026 18:55 792
Azərbaycanda maaşlar yenidən artırıla bilər – Deputatdan açıqlama
Əmək bazarında aparılan son dəyişikliklər fonunda minimum əmək haqqının artırılması iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. Bir tərəfdən bu addım aşağı gəlirli təbəqənin alıcılıq qabiliyyətini gücləndirməyə hesablanıb, digər tərəfdən isə biznes subyektləri üçün xərclərin yenidən hesablanmasını zəruri edir. Xüsusilə kiçik və orta sahibkarlar artan əməkhaqqı fondu ilə ayaqlaşmaq üçün ya qiymət siyasətini dəyişməli, ya da fəaliyyət modelini optimallaşdırmalı olur. Bu isə bazarda həm rəqabət mühitinə, həm də məşğulluq səviyyəsinə təsirsiz ötüşmür. Mövcud qərarın real təsiri isə yalnız sosial deyil, iqtisadi tarazlığın necə qorunacağından asılı olacaq.

Sizcə, bu qərar uzunmüddətli perspektivdə bizneslərin dayanıqlığını zəiflədə bilərmi, yoxsa düzgün iqtisadi mexanizmlərlə həm əmək bazarında sabitlik, həm də sahibkarlıq mühitində inkişaf paralel şəkildə təmin oluna bilər?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, cənab prezident tərəfindən bu ilin fevral ayında təsis olunmuş dəyişikliklərə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılması nəzərdə tutulub.
Vüqar Bayramovun sözlərinə görə, bu, o deməkdir ki, ildə ən azı bir dəfə minimum əməkhaqqına baxılaraq, artırılması həyata keçiriləcək. Əməkhaqqının artırılması xüsusən də daha az maaş alan vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından vacibdir. Çünki bu, nəticə etibarilə təkcə minimum əməkhaqqı alanların deyil, həm də bütövlükdə vahid tarif cədvəlinə uyğun olaraq maaş alan vətəndaşların da əməkhaqqında artımlar müşahidə olunur.

Deputat əlavə edib ki, təxminən 700 min vətəndaşın maaşında artım qeydə alınıb. Minimum əməkhaqqının artması mikrosahibkarlar tərəfindən onların sosial haqlarının məbləğinə də təsir göstərir. Çünki bu haqlar minimum əməkhaqqı məbləği ilə birbaşa bağlıdır.

İqtisadçı qeyd edib ki, minimum əməkhaqqı məbləğinin artırılması həm də nəticə etibarilə özəl sektorda da əməkhaqqı artımlarına gətirib çıxarır. Çünki sosial baxımdan minimum əməkhaqqının artırılması vətəndaşların dəstəklənməsinə praktik olaraq xidməti edir. Ona görə də nəzərə alsaq ki, minimum əməkhaqqı artırılan zaman bunun mikrokiçik, orta sahibkarlar üçün təsirləri də ayrıca qiymətləndirilir. Bu baxımdan bizim də təklifimiz ondan ibarətdir ki, minimum əməkhaqqının artırılmasında mütəmadilik artıq qanunla təsdiq olunduğuna görə, beynəlxalq praktikaya uyğun olaraq minimum və orta əməkhaqqı arasındakı əlaqə də nəzərə alınsın. Çünki Azərbaycan hazırda minimum əməkhaqqı orta əməkhaqqının 36.3 faizini təşkil edir. Əksər inkişaf etmiş ölkələrdə bu faiz daha yüksəkdir və 80 faizdir. Ona görə də biz ən azı minimum əməkhaqqının orta aylıq əməkhaqqının 50 faizə çatdırılmasını ümid edirik. Bu da daha aşağı maaş alan vətəndaşların sosial təminatının daha yaxından qorunmasına xidmət edə bilsin.


Dəniz Pənahova
Median.Az

Son xəbərlər