Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO

06.11.2026 13:08 174
Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə bu sahədə çalışan şəxsləri təbrik edib.

O, bu barədə "X" hesabında paylaşım edib:

"Bu gün Azərbaycan teleradiosunun tarixində əlamətdar gündür. Düz 100 il əvvəl - 1926-cı il noyabrın 6-da "Diqqət, danışır Bakı!" sözləri ilə ilk dəfə efirə çıxan Azərbaycan radiosu milli yayım tariximizin əsasını qoydu, xalqımızın ictimai və mədəni həyatında, milli dəyərlərimizin təbliğində və maarifçilik ənənələrinin inkişafında mühüm rol oynadı.

1956-cı il fevralın 14-də Azərbaycan Televiziyasının fəaliyyətə başlaması ilə bu tarixi yol yeni mərhələyə keçdi. Televiziya və radio ötən illər ərzində ölkəmizin ictimai-siyasi və mədəni həyatının salnaməsini yaradaraq, xalqımızın tarixini və milli-mənəvi irsini gələcək nəsillərə çatdıran mühüm informasiya vasitələrinə çevrildi.

Bu gün Azərbaycan televiziya və radiosu zəngin tarixi ənənələrini yaşatmaqla yanaşı, müasir dövrün tələblərinə uyğun inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən media islahatları institusional potensialın gücləndirilməsinə, teleradio yayımının texniki imkanlarının genişləndirilməsinə, rəqəmsal platformalara inteqrasiyaya, proqramların mövzu müxtəlifliyinin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Dövlətimizin başçısının media nümayəndələrinin fəaliyyətinə göstərdiyi diqqət və qayğı da xüsusi minnətdarlıq doğurur. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 5-də bir qrup media nümayəndəsini təltif etməsi bu sahəyə uzun illər sədaqətlə xidmət edən peşəkarların əməyinə verilən yüksək qiymətin təzahürüdür.

Azərbaycan Radiosunun 100 illik yubileyi və televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bütün teleradio əməkdaşlarını, o cümlədən bu sahənin veteranlarını ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram!"


Son xəbərlər