Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi

06.11.2026 22:55 285
Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi
Heydər Əliyev Beynəlxalq Aeroportunun dayanacağında tapdığı 20 min dolları mənimsəyən şəxsin həbs cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib.

Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuş O.R. Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək əvvəlcə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2025-ci ildə baş verib. İttihama görə, fərdi əmək fəaliyyəti ilə məşğul olan O.R. “Ford Fusion” markalı avtomobillə hava limanına gələrək Terminal 1-in qarşısındakı dayanacaqda müştəri gözləyib.

Həmin vaxt İstanbul-Bakı aviareysi ilə gələn zərərçəkmiş taksi sifarişini gözləyərkən əl çantasından çıxardığı, içərisində 20 min ABŞ dolları olan sellofan paketi avtomobil yolunun kənarına qoyub və unudub. O.R. yerdəki paketi götürərək içərisində pul olduğunu görüb. Buna baxmayaraq, nə polisə məlumat verib, nə də pulun sahibini axtarıb. Əksinə, pulu gödəkçəsinin cibinə qoyaraq ərazidən uzaqlaşıb.

Mərkəzi Bankın həmin tarix üçün müəyyən etdiyi məzənnə ilə 20 min dollar 34 min manat təşkil edib. Beləliklə, zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurulub.

Məhkumun müdafiəçisi hökmdən apellyasiya şikayəti verərək onun əməlində oğurluq cinayətinin tərkibinin olmadığını iddia edib. Müdafiə tərəfinin mövqeyinə görə, pul zərərçəkmiş tərəfindən unudularaq itirilib və O.R. onu oğurlamayıb, sadəcə tapıb. Bu səbəbdən bəraət hökmünün çıxarılması istənilib.

Bakı Apellyasiya Məhkəməsi müdafiə tərəfinin bu mövqeyini qəbul etməyib. Məhkəmə hava limanının müşahidə kameralarının görüntülərini araşdıraraq müəyyən edib ki, O.R. paketi götürüb, içərisindəki pulları çıxardıqdan sonra sellofanı yerə atıb və ərazidən uzaqlaşıb.

Məhkəmə kollegiyası hesab edib ki, tapılmış əşyanı sahibinə qaytarmaq üçün hər hansı tədbir görməmək, polisə məlumat verməmək və pulu gizlədərək şəxsi ehtiyaclarına xərcləmək oğurluq niyyətinin olduğunu göstərir. Həmçinin O.R. pulun sahibinin onu geri götürmək imkanının olduğunu dərk etməli idi.

Beləliklə, apellyasiya məhkəməsi onun əməlinin Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edildiyi qənaətinə gəlib və bəraət tələbi ilə bağlı şikayəti təmin etməyib.

Bununla belə, apellyasiya baxışı zamanı zərərçəkmişin notariat qaydasında təsdiqlənmiş ərizəsi təqdim olunub. Ərizədə vurulmuş maddi ziyanın O.R.-nin ailəsi tərəfindən tam ödənildiyi, tərəflərin barışdığı və zərərçəkmişin heç bir şikayət və tələbinin olmadığı bildirilib.

Məhkəmə bu halları, O.R.-nin əvvəllər məhkum olunmamasını və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, onun həbsdə saxlanılmasına ehtiyac olmadığı qənaətinə gəlib. Nəticədə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib.

Məhkumun həbsdə saxlanıldığı 9 ay 26 gün müddət yeni cəzadan iki günə bir gün hesabı ilə çıxılıb. Beləliklə, onun üzərində qəti olaraq 1 il 4 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Qərara əsasən, O.R. Beyləqan rayonunun ərazisini tərk edə bilməz, saat 23:00-dan səhər 06:00-dək Dünyamalılar kəndindəki yaşayış evindən çıxmamalıdır. O, elektron nəzarət vasitəsi gəzdirməli, yaşayış yerini məhkəmənin qərarı olmadan dəyişməməli, iş və ya təhsil yerində dəyişiklik olarsa, bu barədə nəzarət orqanına əvvəlcədən məlumat verməlidir.

Məhkəmə qərarı ilə O.R. iclas zalında dərhal həbsdən azad edilib. Cəzanın icrasına Beyləqan Rayon İcra və Probasiya Şöbəsi nəzarət edəcək.

Son xəbərlər