Mojo.az — elanlar
RU
Son Xəbərlər
22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu

24.07.2026 18:51 363
Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu
Bakıda marşrut avtobusunda sərnişinin çantasından pul oğurlayan şəxsə azadlıqdan məhrumetmə cəzası verilib.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, hadisə 2026-cı ildə Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Təqsirləndirilən şəxs sərnişin qismində mindiyi marşrut avtobusunda yaranmış sıxlıqdan istifadə edərək digər sərnişin olan qadının çiynindən asdığı açıq əl çantasındakı pul kisəsini götürüb. Pul kisəsinin içərisində olan 440 manat nağd pulu mənimsədikdən sonra növbəti dayanacaqda avtobusdan düşərək hadisə yerindən uzaqlaşıb.

İstintaqla müəyyən edilib ki, pul kisəsində 440 manat nağd pulla yanaşı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bank kartı da olub. Təqsirləndirilən şəxs ifadəsində sənədlərin zərərçəkmişə qaytarılmasını istədiyini bildirib. Onun sözlərinə görə, pulu götürdükdən sonra pul kisəsini sənədlərlə birlikdə başqa bir marşrut avtobusunda oturacağın altına qoyub ki, tapılaraq sahibinə və ya polisə təhvil verilsin.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı tam qəbul edib. O bildirib ki, avtobusda yaranmış sıxlıq zamanı açıq vəziyyətdə olan əl çantasını görərək oğurluq etmək qərarına gəlib. Götürdüyü 440 manatı sonradan şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib.

Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olduğunu, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.

Məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 177.2.5-ci (zərərçəkmiş şəxsin əl yükündə, üstündə və ya yanında olan əmlakı oğurlama) maddəsi ilə tövsif edərək təqsirli bilib və 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hökmə əsasən, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində saxlanıldığı bir gün cəza müddətindən çıxılıb və üzərində qəti olaraq 2 il 8 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Son xəbərlər