Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Sərnişindaşıma mədəniyyəti nə vaxt formalaşacaq... - Növbəti avtobus biabırçılığı - VİDEO

23.01.2019 13:08 4 867
Sərnişindaşıma mədəniyyəti nə vaxt formalaşacaq... - Növbəti avtobus biabırçılığı - VİDEO
Bakıda 166 saylı marşrut avtobusunun sürücüsü sərnişindaşıma qaydalarını pozub. Bu marşrut avtobusunda sərnişinlərdən bir neçəsi qapıdan sallanaraq gedirlər. Bu hala başqa bir sərnişinin etirazı isə sürücü ilə mübahisəyə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, avtobusun içərisində olan sərnişinlərdən biri sürücüyə etirazını bildirdikdə sürücü ilə həmin sərnişin arasında mübahisə yaranıb.

Hadisə Bakıda, metronun "Koroğlu" stansiyasından Sabunçu rayonu, Maştağa qəsəbəsi Gülçülük savxozu adlanan əraziyə gedən 166 saylı marşrut avtobusunda baş verib. Hadisə baş verən zaman sərnişinlərdən biri əvvəlcə sürücüyə xəbərdarlıq edib, bundan sonra isə mobil telefonla həmin anı qeydə almağa başlayıb.

"Xəzər Xəbər"in votsap nömrəsinə göndərilən bu kadrlardan da aydın görünür ki, 166 saylı avtobusun sürücüsü qayda pozuntusuna yol verir. O, nəzərdə tutulan saydan artıq sərnişin götürdüyündən sərnişinlərdən bir neçəsi avtobusun qapısında sallaşaraq gedir.

Görüntünü qeydə alan sərnişin isə bu zaman sürücüyə avtobusu niyə belə halda idarə etməsini bildirir. Marşrut avtobusunun sürücü isə öz əməlinə haqq qazandırır.

Çəkiliş zamanı bu marşrut avtobusunda problemin tək bununla yekunlaşmadığının şahidi olduq.

Məsələ ilə bağlı 166 saylı marşrut avtobusunun dispetçeri Ruslan Quliyev bildirdi ki, artıq hadisədən müdiriyyətin xəbəri var və buna görə də həmin sürücü barəsində tədbir görülüb.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə mövqe bildirən olmadı.

Median.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Son xəbərlər