Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab

24.10.2026 21:30 153
Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab
2027-ci ilin dövlət büdcəsində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayrılan vəsaitin 100 milyon manat azalacağı göstərilib. Bu məlumatdan sonra cəmiyyətdə pensiyaların azaldılacağına dair məlumatlar yayılıb.

İqtisadçı Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayrılan vəsaitin 1,7 milyard manatdan 1,6 milyard manata endirilməsi pensiyaların və sosial müavinətlərin azaldılması demək deyil:

"Burada əsas məsələ fondun gəlirlərinin ümumi həcmi, sığorta haqları hesabına daxilolmaların artımı, pensiya öhdəlikləri və büdcə transferinə ehtiyacın hansı səbəbdən azalmasıdır. Əgər fondun öz gəlirləri, xüsusilə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları artırsa, dövlət büdcəsindən daha az vəsait ayrılması pensiyaların azaldılmasını tələb etmir. Lakin gəlirlərin azalması və ya xərclərin gözləniləndən çox olması halında maliyyə balansının necə qorunacağı ayrıca qiymətləndirilməlidir".

Akif Nəsirlinin sözlərinə görə, pensiyaların azaldılması ilə bağlı yayılan məlumatları yalnız büdcə transferinin azalmasına əsaslanaraq təsdiqləmək düzgün deyil:

"Pensiyaların məbləği qanunvericiliklə müəyyən olunur və onların azaldılması üçün ayrıca hüquqi əsas və qərar tələb olunur. Bununla yanaşı, 2027-ci il dövlət büdcəsi layihəsində sosial müdafiə və sosial təminat xərclərinin ümumilikdə 4,914 milyard manat olması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş göstəricisindən təxminən 41 milyon manat çoxdur. Deməli, sosial müdafiə xərclərinin ümumi həcmi azalmaq əvəzinə artır. Əsas diqqət yetirilməli məqam budur ki, 1,6 milyard manat DSMF-nin bütün büdcəsi deyil, onun balanslaşdırılması üçün dövlət büdcəsindən nəzərdə tutulan transferdir. Buna görə də pensiyaların azalacağı barədə iddiaları əsaslandırmaq üçün fondun 2027-ci il üzrə ümumi gəlir və xərclərini, pensiya ödənişlərinə ayrılan məbləği və indeksasiya ilə bağlı planları birlikdə təhlil etmək lazımdır".

Akif Nəsirli əlavə edib ki, hazırkı məlumatlara əsasən, transferin 100 milyon manat azaldılması pensiyaların və sosial müavinətlərin azaldılacağı barədə nəticə çıxarmağa kifayət etmir:

"Eyni zamanda, bu rəqəm gələn il pensiyaların mütləq artacağına da zəmanət vermir. Bunun üçün 2027-ci il üzrə pensiya indeksasiyası və digər ödənişlərə dair konkret qərarlar əsas götürülməlidir".

Son xəbərlər