Mojo.az Banner
19:50 "Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb  |     19:47 Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ  |     19:42 6 yeni “iPhone” modeli hazırlanır  |     19:19 Xocavənddə mina partladı: Xəsarət alanlar var  |     19:06 Ukrayna 26 kəndi geri qaytardı  |     19:01 Yasamalda oğurluq edənlər saxlanıldı  |     18:52 Mingəçevir su anbarında gənc batdı  |     18:42 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib  |     18:29 "Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"  |     18:12 Canlı yayımda söyüş söyən tiktoker SAXLANILDI  |     18:03 Dərmanları yanlış vaxtda qəbul etmək təsirini azalda bilər - XƏBƏRDARLIQ  |     17:43 Baş ağrısı, halsızlıq, təzyiq... - Havaların qəfil dəyişməsi sağlamlığa necə təsir edir?  |     17:35 Xarkov istiqamətindəki vəziyyət: Vodyanoye yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib  |     17:19 Ağdaş heyvan satışı bazarı fəaliyyətə başlayıb  |     17:11 Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI  |     17:09 Bakıda əcnəbini öldürməkdə təqsirləndirilən şəxs: "Nihadın günahı yoxdur"  |     17:06 Kolumbiyada matəm elan olundu  |     16:57 Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək  |     16:52 Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır  |     16:46 "Yarım saat bunu etsəniz..." - Piylənmədən BELƏ QORUNUN  |    
Left Banner
Right Banner

Gələn il şəhid ailələrinin mənzillərlə təminatına bu qədər vəsait ayrılıb

20.11.2025 18:45 333
Gələn il şəhid ailələrinin mənzillərlə təminatına bu qədər vəsait ayrılıb
"Son 7 ildə 4 milyon vətəndaşımızı əhatə edən 5 böyük sosial islahat zərfi icra edilmiş və bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat təşkil edib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

Nazir bildirib ki, Cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əməkhaqqı 16% artırılaraq 400 manata, 1 fevral tarixindən isə minimum pensiya 14.3% artırılaraq 320 manata çatdırılıb:

"Cari ildə əhaliyə pensiya ödənişləri ötən illə müqayisədə 10%, pensiyaların orta məbləği isə 9% artaraq 540 manat, yaşa görə pensiyanın orta məbləği isə yenə də 9% artaraq 576 manat təşkil edib. Əhaliyə dövlət büdcəsi hesabına ödənilən müavinət, eləcə də Azərbaycan Respublikasının Prezidentinin təqaüdü xərcləri artımların tətbiq edildiyi ötən ilin müvafiq ayları ilə müqayisədə 12%-dən çox artıb. Növbəti ilin dövlət büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1,4% çox olmaqla 17 milyard 146 milyon manat təşkil edir. Sosialyönlü xərclərin dövlət büdcəsində xüsusi çəkisinin 41,1% olması nəzərdə tutulur ki, bu da son 7 ildə müvafiq istiqamətdə ayrılan vəsaitin həcminin 2,2 dəfə artımı deməkdir (7,8 mlrd. manatdan 17.1 mlrd. manata). Bununla yanaşı, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır.

Bu göstərici 2025-ci ilin proqnoz edilən göstəricisindən 121,2 milyon manat və ya 2,6% çoxdur. Bu da son 7 ildə bu istiqamətdə ayrılan vəsaitin həcminin 2,1 dəfə 2,3 mlrd. manatdan 4,9 mlrd. manata artması deməkdir. 2026-cı ilin dövlət büdcəsində sosial müavinət, təqaüd və kompensasiyalar üçün 2 milyard 144 milyon manat və ya 178.5 mln manat və ya 9.1% çox vəsait nəzərdə tutulub. Həmçinin növbəti ilin dövlət büdcəsində Ünvanlı dövlət sosial yardımı (ÜDSY) üzrə 465 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili üzrə isə 141,7 milyon manat vəsait qoyulub. Dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildə reabilitasiya vasitələrinin alınmasına 31,7 milyon manat nəzərdə tutulub. Həmçinin DSMF-nin investisiya gəlirləri və dövlət icbari şəxsi sığorta vəsaiti hesabına şəhid ailələrinin, müharibə əlillərinin mənzillərlə təminatına 50 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur".скачать dle 11.3
Mojo.az Banner