Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi

24.10.2026 22:34 774
Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi
Brent markalı neftin dünya bazar qiyməti Yaxın Şərqdə gərginliyin artması və xammal tədarükündə fasilələr yaranacağı ilə bağlı narahatlıqlar fonunda son altı ayın ən yüksək səviyyəsinə çatıb.

Hərraclarda Brent neftinin bir barelinin qiyməti 117 dolları ötüb. Ticarət sessiyasının yekununda isə qiymət 116,72 dollar təşkil edib. Bu, əvvəlki göstərici ilə müqayisədə 3,55 dollar və ya 3,14 faiz artım deməkdir. Reuters agentliyinin məlumatına görə, bu, aprelin sonundan bəri qeydə alınan ən yüksək bağlanış qiymətidir.

Həftə ərzində Brent nefti 6 faiz bahalaşıb. ABŞ-nin WTI markalı nefti də qiymət artımı ilə yadda qalıb. Cümə günü hərracların yekununda onun bir barelinin qiyməti 103,27 dollara yüksəlib. Gün ərzində artım 3,8 faiz təşkil edib.

Qiymət artımı Yaxın Şərqdən neft tədarükünün sabitliyi ilə bağlı narahatlıqlarla əlaqələndirilir. Bazar Yəməndəki husilərin Səudiyyə Ərəbistanının obyektlərinə, o cümlədən enerji infrastrukturuna hücumlarına, həmçinin Birləşmiş Ərəb Əmirlikləri hakimiyyətinin ölkə sahilləri yaxınlığında neft sızması ilə bağlı məlumatına reaksiya verib.

Ticarət gəmiləri ilə bağlı insidentlər və Yaxın Şərqin əsas dəniz marşrutlarında gəmiçilik risklərinin artması da bazarda narahatlığı gücləndirən amillər sırasındadır.
//sfera.az

Son xəbərlər