Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı

05.11.2026 13:22 210
DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən İran vətəndaşı tərəfindən dron vasitəsilə Biləsuvar rayonunun Cəbrayıl qaçqın şəhərciyinin yaxınlığında xüsusilə külli miqdarda narkotik vasitələrinin qaçaq yolla keçirilməsinin təşkil edildiyi müəyyən olunub.

Keçirilmiş tədbirlər çərçivəsində narkotik vasitələri ərazidən götürüb sonradan satışını təşkil etmək məqsədilə gələn Azərbaycan vətəndaşları Rüfət Bayram oğlu Bədəlov və Rüstəm Əli oğlu Muxtarov cinayət başında yaxalanaraq saxlanılıb, onlardan 14 kiloqram 158 qram qurudulmuş marixuana, 979 qram metamfetamin və 23.1 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər