Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib | 20:58 Keti Perrinin keçmiş əri həbs edildi | 20:47 "Omid" əməkdaşının döyülmə anları - VİDEO | 20:33 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir (VİDEO) | 20:27 Əlövsət Polad vəfat etdi | 20:18 Ət niyə bahalaşır? (Açıqlama) | 20:11 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar | 20:08 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı | 20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ | 19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb |
Mojo.az Avto
Mojo.az Avto

Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı

05.11.2026 17:36 444
Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı
Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb.

Hadisə rayonun Hökməli qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub. Mübahisə adətən dini məsələlərlə bağlı olub. Belə ki, Abdurrəhmanın atası dindar olub və ailə üzvlərini şəriət qaydalarına uyğun hərəkət etməyə çağırıb. Lakin ailədə ana və iki qızı onun tətbiq etdiyi qaydalara riayət etməyib. Bu məsələ də ailədə mütəmadi söhbətlərə gətirib çıxarıb. Abdurrəhman isə mübahisə zamanı atasının tərəfini tutub, anasını və bacılarını səhv yolda olmaqda günahlandırıb. Nəticədə mübahisə böyüyüb və qadın ərindən evin satılaraq iki yerə bölünməsini istəyib. Abdurrəhman və atası isə evin satılması təklifini rədd ediblər. Qadın və iki qızı evi bölmək üçün təkid edən vaxt əsəbiləşən Abdurrəhman bir qab benzini götürərək evə töküb yandırmaq istəyib. Hadisə zamanı o, evlə birlikdə anasının da üstünə benzin tökərək ona od vurub. Qadının yandığını görən ailə üzvləri onu xilas etmək istəsələr də, alınmayıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Həsənli saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Abdurrəhman 17 il 6 ay azadlıqdan məhrum edilib.
//oxu.az

Son xəbərlər