Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib | 20:58 Keti Perrinin keçmiş əri həbs edildi | 20:47 "Omid" əməkdaşının döyülmə anları - VİDEO | 20:33 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir (VİDEO) | 20:27 Əlövsət Polad vəfat etdi | 20:18 Ət niyə bahalaşır? (Açıqlama) | 20:11 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar | 20:08 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı | 20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ |
Mojo.az Avto
Mojo.az Avto

Keti Perrinin keçmiş əri həbs edildi

06.11.2026 20:58 132
Keti Perrinin keçmiş əri həbs edildi
Britaniyalı aktyor və komediyaçı Rassel Brend cinsi zorakılıqda təqsirli bilinib.

Bu barədə "Associated Press" məlumat yayıb.

Andlılar məhkəməsi dörd qadına qarşı törədilmiş bir zorlama və üç cinsi zorakılıq epizodu üzrə aktyoru təqsirli hesab edib. Qərarın elan olunmasından sonra Keti Perrinin keçmiş həyat yoldaşı həbs olunub.

Məhkəmə aktyorun barəsində hökmü noyabrın 9-da elan edəcək. Hakim onu ciddi həbs cəzasının gözlədiyini bildirib.

Qeyd edək ki, polis 2023-cü ilin sentyabrında "Channel 4" telekanalı və "Sunday Times" qəzetinin araşdırmalarından sonra Brend barəsində istintaqa başlayıb. Araşdırmada 2006-2013-cü illərdə baş verdiyi iddia olunan hadisələrdən bəhs edilib. Qadınlardan biri aktyorun 31, özünün isə 16 yaşında olduğu vaxt onunla münasibətdə olduğunu açıqlayıb.

Komediyaçı ona qarşı irəli sürülən ittihamları rədd edib. O, münasibətlərinin hər zaman qarşılıqlı razılıq əsasında olduğunu bildirib.

Xatırladaq ki, Keti Perri və Rassel 2010-cu il oktyabrın 23-də Hindistanda evləniblər. Onlar 14 ay sonra ayrılıblar və 2012-ci ilin iyulunda rəsmi boşanıblar.

Son xəbərlər