Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Şahin Şıxlinskinin və Səfərov qardaşlarının məhkəməsi başlayıb

18.12.2025 14:47 897
Şahin Şıxlinskinin və Səfərov qardaşlarının məhkəməsi başlayıb
Yekaterinburqda Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski, onun oğlu Mutvalı, Səfərov qardaşları və Şücayəddin Rəcəbovun işi üzrə məhkəmədə ilkin dinləmə prosesi keçirilib.

Median.Az
e1.ru-ya istinadən xəbər verir ki, təqsirləndirilənlər qətl törətməkdə, sui-qəsd cəhdində, qətldə iştirakda və dövlət məmuruna qarşı zorakılıqda ittiham olunurlar.

Xəbərdə bildirilir ki, ittiham olunan şəxslər özlərini günahkar hesab etmirlər. Qapalı keçirilən məhkəmə prosesinə təqsirləndirilən azərbaycanlıların yaxınları və vəkilləri gəliblər. Növbəti məhkəmə iclasının yanvarda baş tutacağı gözlənilir.

Qeyd edək ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirib. Bu zaman onlara zorakılıq tətbiq edilib və nəticədə iki azərbaycanəsilli qardaş - Ziyəddin və Hüseyn Səfərov aldıqları xəsarətlərdən ölüblər. Digər Səfərov qardaşları məhkəmə qərarı ilə həbs ediliblər. Onlar 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərdə ittiham olunurlar.

Daha sonra Azərbaycan diasporunun lideri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski Yekaterinburqda həbs ediliblər. Mutvalıya qarşı dövlət məmuruna qarşı zorakılıq maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski sifarişli adam öldürməyə cəhd və dövlət məmuruna qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur.

M.Şıxlinski bu cinayət işi ilə əlaqədar iyulun 16-da həbs edilib və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Şahin Şıxlinski axtarışa verilib. O, avqustun 2-də Moskvada həbs olunaraq Yekaterinburqa köçürülüb. Avqustun 24-də məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Sentyabrın 24-də onun həbs qətimkan tədbiri dekabrın 30-dək uzadılıb.

Son xəbərlər