Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Yekaterinburq məhkəməsi Mutvalı Şıxlinskinin həbs müddətini uzadıb

09.09.2025 20:47 936
Yekaterinburq məhkəməsi Mutvalı Şıxlinskinin həbs müddətini uzadıb
Məhkəmə Yekaterinburqda hakimiyyət nümayəndəsinə qarşı guya zorakılıq işi üzrə həbs edilmiş Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskinin həbs müddətini uzadıb.

"Report"un Rusiya bürosu Sverdlovsk vilayəti Məhkəmələrinin sosial şəbəkələrdə məlumatına istinadən xəbər verir ki, Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi müstəntiqin həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətini təmin edib.

Mutvalı Şıxlinskiyə qarşı həbs-qətimkan tədbiri 14 dekabr 2025-ci il tarixinədək uzadılıb.

Məhkəmənin qərarı qanuni qüvvəsinə minməyib.

Qeyd edək ki, Yekaterinburqun Lenin rayon məhkəməsi bu il iyulun 16-da onun barəsində həbs şəklində qətimkan tədbiri seçib. İlkin istintaq orqanları tərəfindən o, guya Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə cinayət törətməkdə ittiham olunur.

Xatırladaq ki, Xatırladaq ki, M.Şıxlinskinin həbsinə səbəb iyulun 1-də "Bakı Plaza" yaxınlığında baş vermiş hadisə olub. O zaman Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqdakı Azərbaycan diasporunun başçısı Şahin Şıxlinskiyə oğlu M.Şıxlinskinin idarə etdiyi avtomobildə hücum ediblər. M.Şıxlinski məhkəmədə bildirib ki, onun sağ tərəfində olan güc strukturu əməkdaşını görməyib və baş verənlərə görə təəssüf edir.

Son xəbərlər