Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı

02.11.2026 22:02 330
Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı
Roma prokurorluğu şair və rejissor Pyer Paolo Pazolininin qətli ilə bağlı yeni cinayət işi açıb.

Yeni iş prokuror müavini Silvia Santuççiyə tapşırılıb. Cinayət işi bir neçə həftə əvvəl vəkil Stefano Makçoni tərəfindən prokurorluğa təqdim edilmiş ərizə əsasında açılıb.

"Yeni ərizə müdafiə tərəfinin topladığı yeni elementlərə əsaslanır. Ümid edirik ki, Roma prokurorluğu nəhayət illərdir axtardığımız cavabları verə biləcək və eyni zamanda, indiyə qədər bildikləri barədə susmağa üstünlük verən hər kəsi irəli çıxmağa və danışmağa çağırırıq", - Makçoni bildirib.

Pazolini 1975-ci il noyabrın 1-dən 2-nə keçən gecə İtaliya paytaxtının ətrafındakı Ostiyadakı İdroskalo çimərliyində öldürülüb.
//unikal.az

Son xəbərlər