Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq
2030-cu ilədək süni intellektin dünya iqtisadiyyatına töhfəsinin 22,3 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu məbləğ qlobal ümumi daxili məhsulun (ÜDM) təxminən 3,7 faizinə bərabər olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Çinin Kiberməkan Araşdırmaları Akademiyasının internetin qlobal inkişafına dair hesabatında bildirilib.
Hesabatda qeyd olunur ki, süni intellekt hazırda inkişafın yeni mərhələsinə qədəm qoyur. Texnologiya təkcə rəqəmsal sahədə deyil, real istehsalat və digər fiziki proseslərdə də daha geniş tətbiq edilir. Bununla yanaşı, süni intellekt elmi tədqiqatların imkanlarını genişləndirir və müxtəlif sahələrdə innovasiyaların sürətlənməsinə şərait yaradır.
Sənəddə texnologiyanın inkişafı ilə bağlı risklərə də diqqət çəkilir. Bildirilir ki, süni intellekt sahəsində regional inkişaf fərqləri getdikcə daha aydın görünür. Bu proses ölkələr arasında rəqəmsal bərabərsizliyi dərinləşdirərək yeni texnoloji uçurum yarada bilər.
Qeyd edək ki, daha əvvəl “The Wall Street Journal” nəşrinin aparıcı şərhçisi Ceyms Makintoş 2030-cu ilədək məlumat mərkəzlərinə qlobal investisiyaların 7 trilyon dollara çata biləcəyini bildirmişdi. Onun fikrincə, bu qədər böyük vəsaitin texnologiya infrastrukturuna yönəldilməsi iqtisadi risklər yarada və bazarda süni qiymət artımı ilə müşayiət olunan köpük formalaşmasına səbəb ola bilər.
Nəşr xatırladır ki, əvvəlki illərdə bəzi texnoloji sahələrdə yaranan investisiya köpüklərinin partlaması ayrı-ayrı investorların ciddi maliyyə itkisi ilə nəticələnib. Bununla belə, həmin hallarda borc vəsaitlərindən geniş istifadə edilməməsi ümumi maliyyə sisteminin dayanıqlığını qoruyub.