Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Roma" yeni baş məşqçisinin adını açıqlayıb

14.11.2024 20:20 1 743
İtaliyanın "Roma" kollektivi yeni baş məşqçisinin adını açıqlayıb.

Median.Az
klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "canavarlar"ı Klaudio Ranyeri çalışdıracaq.

O, yeni komandası ilə cari mövsümün sonuna qədər anlaşıb.

Qeyd edək ki, italiyalı mütəxəssis daha əvvəl iki dəfə "Roma"nın uğurları üçün çalışıb. K.Ranyeri 2016-cı ildə "Lester"in baş məşqçisi kimi İngiltərə çempionluğunu qazanıb.

Son xəbərlər