Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər
İspaniyanın "Real Madrid" klubu əfsanəvi tennisçi Rafael Nadalın İdarə Heyətinə üzv seçilməsini təklif edib.
Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klubun İdarə Heyəti Rafael Nadalın yeni üzv kimi təqdim olunması barədə qərar qəbul edib. Məsələ noyabrın 21-də keçiriləcək Baş Assambleyada müzakirəyə çıxarılacaq. Təklif təsdiqlənəcəyi təqdirdə qüvvəyə minəcək.
Qeyd edək ki, Rafael Nadal "Real Madrid"in tanınmış azarkeşlərindən biridir. O, tennis karyerası ərzində 22 Böyük Dəbilqə turnirinin qalibi olub.