Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər?

04.11.2026 21:11 159
Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər?
İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vətəndaşlara müəyyən şərtlərlə mənzil sahibi olmaq imkanı yaradır. Son vaxtlar bu yolla əldə edilən mənzillərin bir qismini başqa şəxslərə kirayəyə verilməsi məsələsi gündəmə gəlib. Vətəndaşların bir qismi mənzilləri aldıqdan sonra kirayə vermək üçün şəxslər axtarırlar.

Bəs satmaq öhdəliyi ilə kirayə götürülən mənzili başqa şəxsə kirayə vermək qanunla mümkündürmü və bunun üçün hansı prosedurlara əməl edilməlidir?

Median.Az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, kirayəçi yaşayış sahəsini bəzi hallarda digər şəxsin istifadəsinə verə bilər:

"Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi şərtləri və kirayəçiyə dair tələblər Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası"na uyğun olaraq tənzimlənir.

Kirayə mənzil mexanizminin əsas məqsədi mənzil əldə etmək istəyən və bunun üçün şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzilə olan ehtiyacının təmin edilməsidir. Bu baxımdan mexanizm çərçivəsində əldə edilmiş mənzillərin əsas təyinatı kirayəçinin və onun ailə üzvlərinin şəxsi istifadəsi olmalıdır. Digər məqsədlər üçün mənzildən istifadə edilməsi ümumilikdə Fond tərəfindən məqbul hesab edilmir. Lakin qaydaya əsasən kirayəçi yaşayış sahəsini bəzi hallarda digər şəxsin istifadəsinə verə bilər. Bunun üçün kirayəçi yaşayış sahəsini digər şəxsin istifadəsinə verilməsini zəruri edən əsaslandırılmış səbəbləri göstərməklə Fonda rəsmi müraciət etməlidir. Daha sonra müraciət Fondun müvafiq prosedurlarına uyğun olaraq qiymətləndirilir və qərar qəbul edilir".

Son xəbərlər