Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər

05.11.2026 22:26 90
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
4–8 noyabr tarixlərində Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdirirlər.

Median.Az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən güclü gimnastların bir araya gəldiyi çempionatın ikinci yarış günündə batut gimnastikası üzrə fərdi proqramda ilk təsnifat mərhələsi baş tutub.

Ölkəmizi təmsil edən Selcan Mahsudova və Maqsud Mahsudov uğurlu çıxışları ilə növbəti mərhələyə vəsiqə qazanıblar. Selcan Mahsudova 56.390, Maqsud Mahsudov isə 62.180 xal toplayaraq yarımfinala yüksəliblər.

Bacı-qardaş çempionatın ilk yarış günündə qarışıq sinxron proqramda da növbəti mərhələyə keçməyi bacarıblar.

Qeyd edək ki, Maqsud Mahsudov böyüklər yaş kateqoriyasında Dünya çempionatında ilk dəfə həm fərdi, həm də kişi sinxron proqramında mübarizə aparır. Noyabrın 6-da gimnastlarımızı növbəti mühüm mübarizə gözləyir. Batut gimnastikası üzrə kişilərin sinxron proqramında təsnifat və yarımfinal mərhələsi, qarışıq sinxron proqramda yarımfinal, tamblinq üzrə fərdi proqramda ikinci təsnifat mərhələsi, komanda hesabında isə final yarışları keçiriləcək. Dünya çempionatında medallar uğrunda mübarizəni davam etdirən gimnastlarımız qarşıdakı çıxışlarda da yüksək nəticələr əldə etməyi hədəfləyirlər.

Son xəbərlər