Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək
Məcburi köçkünlərə aid bir sıra dövlət rüsumu güzəştlərinin ayrıca qanunlarda deyil, “Dövlət rüsumu haqqında” qanunda müəyyən edilməsi təklif olunur.
Median.Az xəbər verir ki, qanun layihəsi ilə “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.
Hazırda məcburi köçkünlərin bəzi avtomobil sənədləri və sürücülük vəsiqəsi ilə bağlı əməliyyatlarda dövlət rüsumundan azad olunması barədə müddəalar mövcuddur. Təklif olunan dəyişiklikdə rüsumdan azadolma hallarının “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilməsi göstərilir.
Layihədə sürücülük vəsiqəsindəki yazılarda dəqiqlik olmadıqda sənədin dəyişdirilməsi üçün rüsum tutulmamasına dair müddəanın ləğvi də nəzərdə tutulub.