Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb | 17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? |
Mojo.az Avto
Mojo.az Avto

Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir

05.11.2026 13:21 168
Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan heyvandarlıq təsərrüfatlarına heyvan satışından əldə edilən gəlirin 50 faizi və kökəltmə məqsədilə idxal olunan heyvanlar üzrə 3 illik vergi güzəşti təklif olunur.

Sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Qeyd olunur ki, EKTİS platformasında qeydiyyatda olan şəxslər tərəfindən kökəltmə məqsədilə heyvanların idxalı 2027-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir.

Belə ki, kənd təsərrüfatı Azərbaycanın iqtisadiyyatında strateji əhəmiyyətə malik olmaqla ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində, regionların sosial-iqtisadi inkişafında, məşğulluğun artırılmasında və qeyri-neft sektorunun genişləndirilməsində mühüm rol oynayır. Bu sahənin inkişafının dəstəklənməsi məqsədilə 1999-cu ildən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərə torpaq vergisi istisna olmaqla, digər əsas vergilər üzrə tam azadolmalar tətbiq edilib, həmçinin istehsal prosesində istifadə olunan əsas resurslar və kənd təsərrüfatı məhsullarının dövriyyəsi üzrə geniş ƏDV güzəştləri müəyyənləşib.

Mövcud güzəştlər aqrar sektorun formalaşmasına və inkişafına mühüm töhfə verməklə yanaşı, uzunmüddətli tam vergi azadolması nəticəsində sektorda rəqəmsal uçotun tam formalaşmaması, gəlirlərin rəsmi bəyan edilməsinin aşağı səviyyədə olması və vergi inzibatçılığı baxımından müəyyən boşluqların yaranmasına səbəb olub. Müasir iqtisadi çağırışlar aqrar sahədə dövlət dəstəyinin saxlanılması ilə yanaşı, şəffaflığın artırılmasını, rəqəmsal uçotun genişləndirilməsini və mərhələli vergitutma modelinə keçidi zəruri edir.

Bu baxımdan, layihədə kənd təsərrüfatı sektorunda uzun illər tətbiq olunan tam vergi azadolmasının birdəfəlik ləğvi deyil, yumşaq keçid prinsipi əsasında mərhələli vergitutma mexanizminin tətbiqi nəzərdə tutulur. Belə ki, gəlir və mənfəət vergisi üzrə mövcud 100 faizlik güzəşt 2027-ci il yanvarın 1-dən etibarən 5 il müddətinə 90 faizlik güzəştlə əvəz edilir və istehsalçıların gəlir və ya mənfəətinin yalnız 10 faizi ümumi qaydada vergiyə cəlb olunur.

Bununla yanaşı, sadələşdirilmiş vergi üzrə tam azadolma, istehsalçıların öz istehsal etdikləri məhsulların satışı üzrə ƏDV güzəşti, istehsal prosesində istifadə olunan əmlaka görə vergi azadolması, eləcə də kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin yalnız ticarət əlavəsindən hesablanması mexanizmi əlavə 5 il müddətinə saxlanılır.

Bu yanaşma aqrar istehsalçılar üçün vergi yükünün kəskin artmasının qarşısını almaqla yanaşı, mövcud dövlət dəstəyinin davamlılığını təmin edir.

Son xəbərlər