Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq

11.11.2026 12:53 273
Sükan arxasında
"Son dövrlər avtomobil idarə etdiyi zaman mobil telefondan istifadə edən, "TikTok" sosial şəbəkəsinə daxil olaraq canlı yayımlar açan sürücülərə rast gəlinir. Paytaxt yollarında baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin sürücü diqqətsizliyi olduğunu nəzərə alsaq, sükan arxasında bu cür davranışların göstərilməsi təhlükəlidir".

Bu fikirlər Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) avtomobil idarə edərkən "Tiktok"da canlı yayım açan sürücülərə müraciətində yer alıb.

Bildirilib ki, hərəkət zamanı mütəmadi olaraq sürücünün diqqətinin yola yox, mobil telefona, sosial şəbəkələrə və canlı yayıma yönəlməsi qəza riskini artırır.

"Elə müşahidə kameralarının qeydə aldığı bir neçə yol-nəqliyyat hadisəsinin təhlili də onu deməyə əsas verir ki, bəzi qəzalar məhz sürücünün diqqətinin yayınması nəticəsində baş verib.

Belə sürücülər bilməlidirlər ki, onların sosial şəbəkələrdə izləyici toplamaq, bəyənmə qazanmaq və ya populyarlıq əldə etmək istəyi digər hərəkət iştirakçılarının həyatına son qoya və ağır xəsarət almasına səbəb ola bilər.

Qeyd edilənləri nəzərə alaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hər bir sürücünü yollarda məsuliyyətli və diqqətli olmağa çağırır", - deyə müraciətdə vurğulanıb.

Son xəbərlər