Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda "Kamaz" sürücülərindən sükan arxasında şok əməl - VİDEO

07.08.2019 16:59 3 594
Azərbaycanda
Yol polisi bu sürücüləri tezliklə aşkar edib əsl şounu onlara başa salmalıdır

Yollarımızda yük avtomobillərinin iştirakı ilə baş verən ağır yol qəzaları deyəsən, bəzi sürücülərə dərs olmur. Onların bəziləri ağır tonnajlı nəqliyyat vasitəsini idarə etdiyini unudur və sükan arxasında diqqəti yayındıran hərəkətlər edirlər. Mobil telefondan istifadə edən bu sürücülər hətta sosial-şəbəkələrdən də canlı olaraq istifadə edib "tik-tok" çəkirlər. Onlardan biri "Kamaz” markalı, 55 BE 285 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsüdür. Bu sürücü sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etmir, özünü yolda yox, kino səhnəsində hiss edir və gözü yoldan çox telefona baxır.

66 BE 636 dövlət nömrə nişanlı "Kamaz"ı idarə edən Rəşad adlı sürücü də kəməri taxmayıb və sükan arxasında şou göstərir.

Azər İlqaroğlu adlı sürücü isə 99 DX 151 dövlət nömrə nişanlı "DAF” markalı yük avtomobilini idarə edir. O, canlı yayımda hətta ayağının birini qaldırmaqla özünü qorxusuz, peşəkar sürücü kimi göstərir, digər videoda isə əlində telefon tutaraq yolboyu çəkiliş aparır. Hansı ki, kənd yolunda hər an qarşısına maneə çıxa bilər. O da təhlükəsizlik kəmərini taxmayıb.

Bununla öz "qəhrəmanlığını" nümayiş etdirən belə sürücülərin nə vaxtsa ağır qəza törədəcəyi qaçılmazdır. Çünki videodan da aydın olduğu kimi, sürücülərin fikri yolda yox, telefondadır və şou göstərirlər.

Ümid edirik ki, yol polisi bu sürücüləri tezliklə aşkar edəcək və əsl şounu onlara başa salacaq.

Qeyd edək ki, Avtosfer.az bütün sosial şəbəkələrdə bu cür şou göstərən hər bir sürücünü ifşa etmək üçün yeni kampaniyaya başlayıb. Bununla bağlı bizə dəstək olan hər kəsə öncədən təşəkkür edirik. Ümidvarıq ki, bu cür ictimai mübarizə üsulu nəticə verəcək və xəstə düşüncəli sürücülər özlərini yığışdıracaqlar. Onlar dərk etməlidir ki, avtomobil idarə edərkən bütün diqqət yolda olmalıdır, şou göstərmək üçün daha rahat yerlər var.

///avtosfer.az

Son xəbərlər