Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:08 Noyabrda hava necə olacaq? | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video | 12:27 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var | 12:23 Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat | 12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb | 11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda internet bahalaşdı - Qiymətlər

23.10.2026 21:21 255
Azərbaycanda internet bahalaşdı - Qiymətlər
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir.

Median.Az
xəbər verir ki, Modern.az sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb.

“CityNet” şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır. Ən yüksək tarif isə 50 manatdır. Şirkətin məlumatına görə, bu tariflər 2024-cü ildən tətbiq olunur. pizza

“Azəronline” şirkətində aylıq 100 Mbit/s sürətli internet 25 manat, 150 Mbit/s sürətli paket 30 manat, 250 Mbit/s sürətli paket isə 36 manatdır.

“Cityline” şirkətindən tariflərin oktyabrın 15-dən dəyişdirildiyi bildirilib. Hazırda minimum aylıq internet paketinin qiyməti 25 manatdır.

“Connect” şirkəti isə minimum internet paketinin qiymətinin 2024-cü ildən 25 manat olduğunu qeyd edib.

Əlaqə saxlanılan provayderlərin bir qismində internetin quraşdırılması və modemin təqdim edilməsi ödənişsizdir.

Qeyd edək ki, daha əvvəl oktyabrın 1-dən qiyməti 18 manat və daha aşağı olan sabit internet paketlərinin 25 manatlıq minimum tarifə keçiriləcəyi bildirilmişdi.

Son xəbərlər