Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq?

30.10.2026 12:50 447
Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq?
Günəşdən təxminən 500 min kilometr ölçüsündə nəhəng protuberansın kosmosa atılması qeydə alınıb.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri məlumat veriblər.

Məlumata görə, hadisə zamanı nəhəng protuberans eyni vaxtda bir neçə kosmik teleskopun kameralarına düşüb.

Protuberanslar Günəşin səthindən yuxarıda yerləşən nisbətən soyuq qaz buludlarıdır. Onlar Günəş səthindən onminlərlə, hətta yüzminlərlə kilometr yüksəklikdə müşahidə olunur. Bu strukturlar maqnit sahəsinin xətləri ilə əhatə olunur. Maqnit sahəsi qaz buludlarını müəyyən mövqedə saxlayaraq onların mövcudluğunu təmin edir. Bəzi protuberansların ölçüsü yüzminlərlə kilometrə, nadir hallarda isə bir milyon kilometrə çata bilər.

Günəşin tacında qeyri-sabit strukturlar hesab edilən protuberanslar bəzən kosmosa atılır. Belə hadisələr Günəş aktivliyi ilə əlaqəli geomaqnit qasırğalarına səbəb ola bilər.

Lakin mütəxəssislərin ilkin qiymətləndirmələrinə görə, bu dəfə protuberans Yerə doğru deyil, əsasən yan istiqamətdə hərəkət edir. Ehtimal olunur ki, onun trayektoriyası Marsın yaxınlığından keçəcək. Bununla belə, Yerə müəyyən təsir ehtimalı da istisna edilmir. Mütəxəssislər belə bir təsirin əhəmiyyətli olmayacağını gözləyirlər.

Son xəbərlər