Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Xəbərdarlıq edildi: 24 sentyabrdan...

22.09.2026 21:45 357
Xəbərdarlıq edildi: 24 sentyabrdan...
Sentyabrın 24-də payız fəslinin ikinci maqnit qasırğasının Yer kürəsində müşahidə oluna biləcəyi proqnozlaşdırılır.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimlərin proqnozuna görə, mümkün maqnit qasırğasına Günəşdə yaranan böyük tac dəliyindən çıxan Günəş küləyinin sürətli axını səbəb ola bilər. Tac dəlikləri Günəş atmosferində maqnit sahə xətlərinin açıq olduğu bölgələrdir.

Bu ərazilərdən kosmosa sürətli Günəş küləyi axını yayılır. Belə axınların Yerə çatması planetin maqnit atmosferində pozuntulara və maqnit qasırğalarına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, Yer kürəsi Günəşin cənub qütbündən ekvatora doğru uzanan böyük tac dəliyinin kənarından keçən axının təsirinə məruz qala bilər. Qeyd edək ki, sentyabr ayının əvvəlində də Yer kürəsində maqnit qasırğası qeydə alınıb.

Sentyabrın 7-də Günəşdən Yer istiqamətində atılan plazma buludu planetə çatıb, sentyabrın 8-dən etibarən isə geomaqnit pozuntular müşahidə olunub. Alimlər bununla yanaşı, son iki il ərzində Günəş aktivliyinin təxminən üç dəfə azaldığını bildirirlər. Buna baxmayaraq, ayrı-ayrı güclü maqnit qasırğalarının baş verməsi mümkündür. Çünki belə hadisələrin yaranması üçün ümumi Günəş aktivliyinin yüksək olması şərt deyil; Günəş atmosferində lokal dəyişikliklər və Günəş küləyinin ayrı-ayrı sürətli axınları da Yer kürəsində geomaqnit pozuntular yarada bilər.

Son xəbərlər