Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Yerdə maqnit qasırğası güclənib

16.04.2025 16:12 1 365
Yerdə maqnit qasırğası güclənib
Yerin maqnit sahəsinin həyəcan dərəcəsi G2 səviyyəsinə çatıb.

Bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan bildiriblər.

Yerdəki maqnit fırtınasının səviyyəsi beş göstəricidən ibarət şkalada G2 - "mülayim" - səviyyəsinə çatıb, burada G5 "son dərəcə güclü", G1 isə "zəif" deməkdir.

G2 səviyyəsi o deməkdir ki, Yerdə enerji sistemlərində problemlər yarana bilər. Həmçinin radionaviqasiyada fasilələr, yüksəktezlikli radio əlaqələrində pozulma ehtimalı var. Qütb parıltıları 50 dərəcə şimal enliklərinə qədər qeydə alınır.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri əvvəllər bildirmişdilər ki, 13 aprel tarixində Yerə doğru iki böyük Günəş tac kütləsi atılıb. Proqnoza görə, 16 apreldə G1-G2 səviyyəli maqnit fırtınaları gözlənilir.скачать dle 11.3

Son xəbərlər