Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək?

30.10.2026 14:07 453
Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək?
Milli Məclis pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclərin müəyyənləşdirilməsini birinci oxunuşda qəbul edib.

Məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, peşəkar hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı hər iş saatı üçün minimum aylıq əməkhaqqının 0.0275 misli miqdarında, ilkin hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı isə göstərilən hər bir hüquqi xidmət üçün minimum aylıq əməkhaqqının 0.015 misli miqdarında müəyyən olunacaq.

Pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı əlavə xərclər (dəftərxana, poçt, rabitə, nəqliyyat və digər xərclər) üçün yuxarıdakı abzasa uyğun olaraq müəyyən edilmiş xidmət haqqının üzərinə həmin haqqın 5 faizi həcmində əlavə ödəniləcək.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, habelə gecə vaxtı peşəkar hüquqi yardımın göstərilməsinə cəlb edilmiş vəkillərin xidmət haqqı hər iş saatı üçün müəyyən edilmiş məbləğin 2 misli miqdarında ödəniləcək, bu zaman yuxarıdakı abzasa uyğun olaraq əlavə xərclər üçün ödənilən əlavənin həcmi dəyişməz qalacaq.

Pulsuz hüquqi yardım göstərən şəxslərin xidmət haqqının və digər xərclərin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Pulsuz hüquqi yardım göstərmiş şəxslər hüquqi yardım göstərilməsi ilə bağlı xidmət haqqını və digər xərcləri dövlət büdcəsinin vəsaiti hesabına almaq üçün yuxarıdakı abzasda nəzərdə tutulmuş qaydaya uyğun olaraq Vəkillər Kollegiyasına müraciət edəcəklər.

Pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən rübdə 1 dəfə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq hazırlanmış hesabatlar Vəkillər Kollegiyasına təqdim olunacaq.

Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardım göstərən şəxslərə ("pro bono" hüquq xidmətləri göstərən şəxslər istisna olmaqla) yuxarıdakı abzasda nəzərdə tutulmuş hesabatlar əsasında pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı ödənişlər ediləcək. Təqdim edilmiş hesabatlar yuxarıdakı abzasla müəyyən edilmiş formaya uyğun olmadıqda, yaxud həmin hesabatlardan pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı bu qanunla müəyyən edilmiş tələblərin pozulduğu müəyyən edildikdə Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı ödəniş edilməyəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər