Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Şənbə-bazar işləyənlər əlavə nə qədər pul almalıdır? - MƏBLƏĞ

19.02.2026 21:51 423
Şənbə-bazar işləyənlər əlavə nə qədər pul almalıdır? - MƏBLƏĞ
Azərbaycanda iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda yol verilir.

İqtisadçı-ekspert Allahverdi Aydın Trend-ə açıqlamasında xatırladıb ki, bir sıra hallar istisna olmaqla iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar

Belə ki, iş vaxtından artıq işlərə aşağıdakı müstəsna hallarda yol verilir:

* dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
* su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal xidmət sahələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün.

Yuxarıda nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət sahələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi

Bu günlərdə görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

* əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla;
* əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
* aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Ekspert ayda 1 150 manat maaş alan şəxsə bu hallarda nə qədər əlavə ödəniş verilməsinə dair hesablama aparıb:

"Misal üçün deyək ki, Kamran adlı şəxs "ABC” MMC-də mühasib vəzifəsində çalışır və onun aylıq əmək haqqı 1 150 manat təşkil edir. Kamran beş günlük iş həftəsi üzrə işlədiyi üçün şənbə və bazar günləri onun üçün iş günü hesab edilməyən istirahət günləridir. Yanvarın 18-də – bazar günü şirkət rəhbərliyinin xahişi ilə Kamran 4 saat iş görüb.

Kamrana istirahət günü görülən işə görə aşağıdakı məbləğdə ödəniş ediləcək:

İstehsalat təqviminə əsasən, 2026-cı ilin yanvar ayında aylıq iş vaxtı norması 151 saat təşkil edir. Belə olan halda Kamranın saatlıq tarif maaşı 7,6 manat (1 150 / 151 = 7,6) edir.

Kamran yanvarın 18-də – bazar günü 4 saat iş gördüyü üçün ona aylıq əmək haqqından əlavə olaraq 60,8 manat ((4 × 7,6) × 2 = 60,8) ödəniləcək.

Başqa bir nümunədə "ABC” MMC-də işləyən digər işçi Əhməd Kamran kimi vaxtamuzd ödəmə sisteminə əsasən deyil, işəmuzd ödəmə sistemi üzrə əmək haqqı alır.

Onda istirahət günündə gördüyü işə görə Əhmədə aşağıdakı qaydada ödəniş ediləcək.

Məsələn, Əhməd də Kamran kimi beş günlük iş həftəsi üzrə işlədiyi üçün şənbə və bazar günləri onun üçün iş günü hesab edilməyən istirahət günləridir. Əhməd karton qutular hazırlayır və MMC hər qutuya görə Əhmədə 0,10 manat ödəyir. Yanvar ayının 18-də – bazar günü şirkət rəhbərliyinin xahişi ilə Əhməd 4 saat iş görüb və bu zaman ümumilikdə 100 qutu hazırlayıb.

İş günlərində Əhməd hazırladığı 100 qutuya görə 10 manat (100 × 0,10 = 10) aldığı halda, istirahət günü iş gördüyü üçün ona 20 manat ((100 × 0,10) × 2 = 20) əlavə ödəniş ediləcək”.скачать dle 11.3
Mojo.az Banner