Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bitcoin" yanvardan bəri maksimumu yenilədi: Daha da bahalaşacaqmı?

04.05.2026 22:06 552
"Bitcoin"in məzənnəsi üç aydan çox fasilədən sonra ilk dəfə 80 min dolları ötüb. Bu artım Asiya bazarlarında müsbət dinamika və riskli aktivlərə investor marağının artması fonunda baş verib.

“Bloomberg”in məlumatına görə, bazar ertəsi kriptovalyuta 2,1% bahalaşaraq 80 594 dollara çatıb ki, bu da 31 yanvardan bəri ən yüksək göstəricidir. Eyni zamanda “Ethereum” kimi digər tokenlər də dəyər qazanıb.

Kriptobazarda yüksəliş investor əhval-ruhiyyəsinin yaxşılaşması ilə əlaqələndirilir. Asiya səhmlərinin “MSCI” indeksi fevralda qeydə alınmış tarixi maksimuma yaxınlaşıb. Bu artıma texnologiya şirkətlərinin gözləniləndən yaxşı maliyyə nəticələri də dəstək verib.

“FalconX” şirkətinin Asiya-Sakit okean regionu üzrə derivativ ticarəti rəhbəri Şon Maknalti bildirib ki, investor aktivliyi bitcoinin yaxın zamanda daha da bahalaşa biləcəyinə işarə edir:

“Bu, ayın ortasına qədər bitcoinin 85 min dollara çatacağına yüksək inamın olduğunu göstərir”.

Bununla belə, İran ətrafında vəziyyət bazarlara ziddiyyətli siqnallar göndərir. ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ münaqişədə iştirak etməyən gəmiləri Hörmüz boğazından müşayiət edəcək.

Tehran isə xəbərdarlıq edib ki, ABŞ-ın hər hansı müdaxiləsi atəşkəs rejiminin pozulması kimi qiymətləndiriləcək.

"Bitcoin" ötən ilin oktyabrında 126 min dollardan yuxarı səviyyəyə çataraq tarixi maksimumunu yeniləmişdi. Daha sonra qiymət bir neçə ay ərzində düşərək fevralda təxminən 60 min dollara qədər geriləmişdi.

Son aylarda isə aktiv tədricən bərpa olunur. Bu prosesdə institusional investorların marağının artması mühüm rol oynayır. “Bloomberg”in məlumatına görə, mayın 1-də bitcoinə investisiya edən birja fondlarına 630 milyon dollar həcmində xalis vəsait daxil olub.
//valyuta.az

Son xəbərlər