Mojo.az Banner
18:01 XİN Qara dənizdə yük gəmisinin dron hücumlarına məruz qalması ilə bağlı məlumat yaydı  |     17:52 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi  |     17:51 Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"  |     17:42 Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldülər  |     17:40 Bakı, Sumqayıt və Abşeronda pensiyaların ödəniləcəyi vaxt açıqlandı  |     17:14 Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB  |     15:57 Bu atları saxlayanlara 1000 manat veriləcək  |     15:57 Kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı  |     15:56 Ölmüş heyvanların utilizasiyası üçün müəssisələr yaradılacaq  |     15:55 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     15:54 Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi  |     15:52 Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi  |     15:51 "Səfərbərlik ehtiyatlarının nomenklaturası" təsdiq edildi  |     15:48 Tanınmış ginekoloq: Elə qadın var ki, hamilə olduğunu doğuş zamanı bilir  |     15:46 Azərbaycana paraplanla gətirilən külli miqdarda narkotik vasitə ələ keçdi  |     13:40 Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama  |     13:39 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da saxlanıldı  |     13:35 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi  |     13:33 Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...  |     13:29 Xəzərdə zəlzələ oldu - FOTO  |    
Left Banner
Right Banner

Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi

04.05.2026 21:03 435
Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi
Ali Məhkəmədə idmançı Araz Musayevin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Median.Az-ın məlumatına görə, şikayət araşdırılaraq qərar qəbul edilib. Qərara əsasən, birinci və ikinci instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb, idmançının şikayəti rədd edilib.

Xatırladaq ki, idmançı Araz Musayev Azər Həsənsoyun Azərbaycan Muaytay Federasiyasının prezidenti seçilməsi ilə bağlı 2 noyabr 2024-cü ildə keçirilən konfransının qərarının ləğv edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı rədd edərək konfransın qərarını qüvvədə saxlamışdı.

Birinci instansiya məhkəməsi ilə razılaşmayan idmançı qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb idmançının şikayətini rədd etmişdi. Nəticədə A.Musayev Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.

Qeyd edək ki, idmançı Araz Musayev 2022-2024-cü illərdə Azərbaycan Muaytay Federasiyasının prezidenti olub.//oxu.azскачать dle 11.3
Mojo.az Banner