Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın Fransadakı səfirliyinə hücumun əsas iştirakçısının cəzası ağırlaşdırılıb

08.07.2025 22:28 723
Azərbaycanın Fransadakı səfirliyinə hücumun əsas iştirakçısının cəzası ağırlaşdırılıb
Paris Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Azərbaycanın Fransadakı səfirliyinə hücumla bağlı Ermənistanın "Çarjum" hərəkatının üzvü Loris Tufanyanın cəzasını ağırlaşdırıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi şikayətə iyunun 10-da baxıb və bu gün iş üzrə qərar qəbul edib.

Məhkəmə Tufanyanı Azərbaycanın Fransadakı səfirliyinə hücumda təqsirli bilən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Buna əsasən, Tufanyana əlavə cəza - 5 il müddətinə icazə şərti ilə silah saxlama və ya gəzdirmə qadağası əlavə edilməklə, 12 ay şərti həbs cəzası (daha ağır cəza, çünki birinci instansiya məhkəməsinin qərarına görə, o, 6 ay şərti cəzaya məhkum edilib).

Bundan əlavə, məhkəmə iş materiallarını araşdırdıqdan sonra Tufanyanı bir qrup şəxs və ya ortaqlar tərəfindən ictimai istifadə üçün nəzərdə tutulmuş əmlaka ziyan vurmaqda təqsirli bilib. Belə ki, məhkəmə birinci instansiya ilə müqayisədə cinayətin ağırlığını qəbul edib.

Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin mülki iddiada, yəni onun barəsində maddi cəza təyin edilməsi ilə çıxardığı qərarı qüvvədə saxlayıb.

Son xəbərlər