Mojo.az Banner
15:30 Azərbaycanda yeni su tarifləri müəyyənləşdi  |     15:28 Paşinyan: "İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir"  |     15:22 Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlanıb - FOTO  |     15:19 Ərdoğan ŞƏT görüşündə Orta Dəhliz və Azərbaycanla bağlı mühüm bəyanat verib  |     14:40 Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb  |     14:39 300 min manatlıq dələduzluğa görə tutulan ehtiyatda olan mayora hökm oxunub  |     14:23 Vüsal Şilderin qətli ilə bağlı iş məhkəməyə göndərildi  |     13:26 Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı  |     13:14 Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi - FOTO  |     13:00 Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb  |     12:48 Dünya Bankı Azərbaycana qrant ayırdı  |     12:23 Dünya birjalarında neft bahalaşır: Son qiymətlər açıqlandı  |     12:14 Bəzi rayonlarda iki gün qaz olmayacaq  |     12:06 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var  |     11:56 Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır? - Valideynlərə vacib tövsiyə  |     11:38 Rusiyada əmək miqrantları üçün qaydalar SƏRTLƏŞDİRİLDİ  |     11:37 Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü  |     11:36 Şahbuzda avtobusdan düşən 15 yaşlı qızı maşın vurdu  |     11:35 Mirzoyan Ermənistandan Azərbaycan sərhədinə gedən dəmir yolu ilə bağlı danışdı  |     11:29 Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı

21.03.2024 12:10 1 116
Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı
Şirvanlı Gömrük Postunun 240 manat rüşvət aldığına görə 7 il 6 azadlıqdan məhrum edilmiş əməkdaşı Cavid Məmmədovun cinayət işi yenidən araşdırılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi sabiq gömrükçü haqda əvvəlki qərarını dəyişib.

Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum edilərək azadlığa buraxılmışdı. Prokurorun protesti ilə Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv etmiş, Məmmədova 7 il 6 ay həbs cəzası vermişdi.

Həmin qərardan təqsirləndirilən şəxsin vəkilləri kassasiya şikayəti verib. Şikayətdə həbslə bağlı qərarın ləğv edilməsi xahiş edilib.

Ali Məhkəmə cinayət işi materialları ilə tanış olduqdan sonra məhkuma əməlinə görə həddən artıq ağır cəza verildiyi qənaətinə gəlib. Yüksək instansiya məhkəməsi qərarı ləğv edib, işi yeni apellyasiya baxışına qaytarıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən baxış iclasında qərar elan edilib. Hakim Elbəy Allahverdiyev həmkarı Qədim Babayevin həbslə bağlı qərarını ləğv edib. Yeni qərara əsasən, Cavid Məmmədova şərti cəza verilib. O, 5 ay sonra yenidən məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Cavid Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, təqsirləndirilən şəxs gömrük postunda yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. O, ümumilikdə 240 manat rüşvət alıb, 400 manatı isə rüşvət qismində almağa cəhd edib.скачать dle 11.3
Mojo.az Banner