Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan şəxsin işi yenidən məhkəmədə

27.03.2024 13:05 1 020
Külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan şəxsin işi yenidən məhkəmədə
Bakıda dələduzluqda ittiham edilən Ramiz Saday oğlu Qazaxlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas martın 27-nə təyin edilib.

Şikayət hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Azar-Tİ” MMC direktoru Ramiz Qazaxlı bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilir. İş üzrə 10 zərərçəkmiş var. R.Qazaxlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurulmaqla dələduzluq) və 306.2-ci maddələri ilə təqsirli bilinir.

Belə ki, Ramiz Qazaxlı 156 000 manat külli miqdarda əmlakı qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq edib və həmçinin tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə, vəzifə saxtakarlığı törədib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun həbsdə saxlandığı 1 il 2 ay 16 gün müddət cəzadan çıxılmaqla üzərində 5 il 3 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Ramiz Qazaxlı Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti ilə cəzası şərti hesab olunub.

Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. Həmçinin təqsirləndirilən şəxs də apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirilib və o, 5 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra Ramiz Qazaxlı Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və cinayət işi yeni apellyasiya baxışına təyin olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun barəsində Cinayət Məcəlləsinin 306.2-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70.1-ci (şərti) maddəsinə əsasən, şərti tətbiq edilib və 2 il sınaq müddəti müəyyən olunub. Ramiz Qazaxlı məhkəmə iclas zalında dərhal həbsdən azad edilib. Ali Məhkəmənin qərarına əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.скачать dle 11.3
Mojo.az Banner