Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 3,3 milyon manatlıq dələduzluq edən şəxsin yenidən məhkəməsi başlayır

16.10.2023 13:33 825
Bakıda 3,3 milyon manatlıq dələduzluq edən şəxsin yenidən məhkəməsi başlayır
Bakıda xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əfsun Əhmədlinin kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 17-nə təyin edilib. Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfsun Əhmədli 12 il müddətinə azadlıqdan məhrum olunub.

İttiham aktına əsasən, Ə.Əhmədli cinayət işi üzrə zərərçəkmişlərə özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edərək xüsusilə külli miqdarda dələduzluq edib. İstintaq materiallarında qeyd edilib ki, o, zərərçəkmişlərin bəzilərinə İrandan Azərbaycana şam ağacı idxalı və satışını təşkil etmək, toyuq budu idxal edib Çində satmaq, borc pul alıb qaytaracağı barədə və digər vədlər verib. Daha sonra Ə.Əhmədli verdiyi vədlərə əməl etməyib.

Cinayət işində bir neçə zərərçəkmiş var. O, həmin şəxslərdən ümumilikdə 3 378 837 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Ə.Əhmədlinin barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner