Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:03 Mərdəkanda köşkdə 7400 manatlıq aksizsiz siqaret aşkarlandı | 16:00 Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi | 15:45 Avtomobil sahiblərini ciddi dəyişikliklər gözləyir: Köhnə maşınlara məhdudiyyət GƏLİR | 15:31 İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi | 15:25 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub | 15:14 Azərbaycan Prezidenti Oman Sultanını təbrik etdi | 15:04 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib - FOTO | 15:01 "Boşanıram" deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi: Cərimələndi | 14:28 Sabah 21 dərəcə isti olacaq - Proqnoz | 14:24 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO | 14:12 "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq | 14:00 Taksi sürücüləri üçün vergi qaydası dəyişir | 13:58 Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 13:55 Əlilliyə görə pensiya alanların sayı 128 mindən çox azalıb: Beş ilin rəqəmləri | 13:52 Turistlər Bakıya təkrar-təkrar gəlir, bölgələrə isə üz tutmurlar – SƏBƏB | 13:49 Qəbələdə kuryoz olay: Həmkəndlisinin qulağını dişləyib qopardı | 13:39 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi | 13:33 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib - Foto | 13:31 Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır | 13:13 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı |
Mojo.az Avto
Mojo.az Avto

Mərdəkanda köşkdə 7400 manatlıq aksizsiz siqaret aşkarlandı

18.11.2026 16:03 0
Mərdəkanda köşkdə 7400 manatlıq aksizsiz siqaret aşkarlandı
Bakı şəhəri Xəzər Rayon Məhkəməsində aksiz markası olmayan tütün məmulatlarını satış məqsədilə saxlamaqda təqsirləndirilən şəxsin cinayət işi üzrə hökm çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində, “Görüş” restoranının yaxınlığında yerləşən köşkdə baş verib.

İş materiallarına əsasən, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən keçirilən operativ vergi nəzarəti zamanı köşkdə məcburi nişanlama ilə markalanmalı olduğu halda belə nişanları olmayan 199 ədəd və 1218 qutu tütün məmulatı aşkarlanıb. Müxtəlif markalı siqaret və digər tütün məhsullarının ümumi bazar dəyəri 7470,80 manat müəyyən edilib.

Köşk sahibinin ifadəsinə görə, o, həmin məhsulları tanımadığı şəxslərdən nağd pulla alıb. Təqsirləndirilən şəxs tütün məmulatlarını satış üçün deyil, şəxsi istifadəsi məqsədilə saxladığını iddia edib. Lakin məhkəmə bu izahatı inandırıcı hesab etməyib.

Araşdırma zamanı onun tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olduğu, məhsulların şəxsi yaşayış yerində deyil, məhz satış həyata keçirdiyi köşkdə saxlanıldığı müəyyən edilib. Satıcının ifadəsi və digər sübutlar da malların satış məqsədilə əldə olunduğunu təsdiqləyib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi (aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan külli miqdarda satış məqsədilə saxlanılması ilə bağlı cinayət) ilə təqsirli bilib.

Hökmə əsasən, ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bununla yanaşı, aksiz markası ilə markalanmalı olan malların satışı ilə məşğul olmaq hüququndan 2 il müddətinə məhrum edilib. Lakin həbs cəzası şərti tətbiq olunub və 2 il sınaq müddəti müəyyənləşdirilib.

Məhkəmə cəzanı müəyyənləşdirərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağın olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını yüngülləşdirici hallar kimi nəzərə alıb. Həmçinin uşaqlarından birinin anadangəlmə qlaukoma xəstəliyindən əziyyət çəkməsi də hökmə təsir edən amillər sırasında göstərilib.

Aşkarlanmış tütün məmulatlarının ekspertiza üçün istifadə edilməyən 188 ədədi və 1125 qutusu isə məcburi qaydada dövlət nəfinə müsadirə edilib. Bundan başqa, təqsirləndirilən şəxsdən ekspertiza xərci olaraq 200 manat tutulması qərara alınıb.

Son xəbərlər