Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:00 Taksi sürücüləri üçün vergi qaydası dəyişir | 13:58 Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 13:55 Əlilliyə görə pensiya alanların sayı 128 mindən çox azalıb: Beş ilin rəqəmləri | 13:52 Turistlər Bakıya təkrar-təkrar gəlir, bölgələrə isə üz tutmurlar – SƏBƏB | 13:49 Qəbələdə kuryoz olay: Həmkəndlisinin qulağını dişləyib qopardı | 13:39 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi | 13:33 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib - Foto | 13:31 Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır | 13:13 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı | 12:56 Qızılın qiyməti son ayların minimumuna düşdü | 12:55 Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır - Daha yüngül cəza istəyir | 12:54 Mərdəkanda yataqxanada yanğın - VİDEO | 12:52 "Embawood"un anbarından meyit tapıldı | 12:49 Azərbaycan nefti bahalaşıb | 12:47 Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq | 12:29 Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə öldü | 12:28 Avtomobilin sobası niyə yaxşı qızdırmır? - Beş əsas səbəb | 12:27 Censen Huanq sevgilisinə görə "Nvidia"dan qovulmasından sonra ilk açıqlamasını verib | 12:25 Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi | 12:21 Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə |
Mojo.az Avto
Mojo.az Avto

Turistlər Bakıya təkrar-təkrar gəlir, bölgələrə isə üz tutmurlar – SƏBƏB

18.11.2026 13:52 48
Turistlər Bakıya təkrar-təkrar gəlir, bölgələrə isə üz tutmurlar – SƏBƏB
Azərbaycanda hotellərin fəaliyyətinə dair açıqlanan son statistik göstəricilər gecələmələrin sayında azalma olduğunu göstərir. 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə hotel və hotel tipli obyektlərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq 3,2 milyon təşkil edib. Eyni zamanda, hotellərin birdəfəlik tutumundan istifadə səviyyəsi 25 faizdən 23 faizə düşüb. Gecələmələrin yarıdan çoxunun Bakının payına düşməsi, xarici turistlərin hotel seçimində paytaxtın üstünlük təşkil etməsi diqqət çəkən məqamlardandır. Bununla yanaşı, hotellərin tutumundan istifadə səviyyəsinə görə Naftalan Bakını geridə qoyub. Gəlirlərin cüzi artmasına baxmayaraq, gecələmələrin və doluluq səviyyəsinin azalması turizm sektorunun mövcud vəziyyəti ilə bağlı bir sıra suallar yaradır.

Azərbaycanda hotellərdə gecələmələrin sayının 6,6 faiz azalmasını hansı amillərlə əlaqələndirmək olar?

Bununla bağlı turizm mütəxəssisi Rahib İsmayılov Median.Az-a açıqlama verib.

O bu məsələdə ilk növbədə bu il baş verən müharibənin təsirini qeyd edib:
“İsrail və ABŞ arasında baş verən müharibə ölkəyə turist axınının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb oldu. Nəticədə otellərin doluluq səviyyəsi aşağı düşdü. Yaz mövsümünü də uğurlu hesab etmək olmaz. Çünki əvvəlki illərdə olduğu kimi, gözlənilən kütləvi turist axını müşahidə edilmədi. Digər məqam isə gecələmələrin böyük hissəsinin Bakının payına düşməsidir. Bunun əsas səbəblərindən biri ölkəyə gələn xarici turistlərin üstünlük təşkil etdiyi bazarlarla bağlıdır. Bu il turistlərin əhəmiyyətli hissəsi Rusiya Federasiyasından gəlib. Rusiyalı turistlər, əsasən, Bakıda qalmağa üstünlük verirlər və bölgələrə səfərlərə o qədər də maraq göstərmirlər. Onların arasında yalnız müəyyən yaş qrupuna aid şəxslər Naftalana müalicə məqsədilə üz tuturlar. Digər turistlər isə Qəbələ, Quba və başqa bölgələrdə istirahət etməyə o qədər də üstünlük vermirlər. Avropa ölkələrindən gələn qonaqları da nəzərə alsaq, gecələmələrin böyük hissəsinin Bakıda qeydə alınmasının səbəbi aydın olur”.
Onun sözlərinə görə, turistləri bölgələrə daha çox cəlb etmək lazımdır:
“Bakı paytaxtımızdır və burada turizm üçün hər cür infrastruktur mövcuddur. Xarici qonaqlar şəhərin gözəlliyinə heyran qalırlar. Lakin bölgələrdə turizmin inkişafı üçün də əlavə addımlar atılmalıdır. Otellər və yerli turizm şirkətləri xarici qonaqları bölgələrə yönləndirmək məqsədilə müxtəlif PR və tanıtım kampaniyaları həyata keçirməlidirlər. Bu istiqamətdə otellərlə turizm şirkətləri arasında əməkdaşlıq gücləndirilməli, otellərin özləri də turistlərin bölgələrə səfər etməsi üçün təşəbbüslər göstərməlidirlər. Məqsəd yalnız Hindistan və ərəb ölkələrindən gələn turistləri deyil, Avropa və Rusiya bazarından olan qonaqları da bölgələrə cəlb etmək olmalıdır. Bəzi turistlər Bakıya dəfələrlə səfər edirlər. Bu, əlbəttə ki, müsbət haldır. Ancaq Bakıya bir neçə dəfə gəlmiş turistləri növbəti səfərlərində Azərbaycanın digər bölgələrinə yönləndirmək mümkündür. Onların diqqətini ölkəmizin fərqli turizm imkanlarına cəlb etmək lazımdır. Bu, həm Azərbaycanın bölgələrinin beynəlxalq səviyyədə tanıdılması, həm də yerli turizm sektorunun inkişafı baxımından əhəmiyyətlidir. Bölgələrə turist axınının artması otellərin doluluq səviyyəsinə müsbət təsir göstərə, yerli əhalinin gündəlik gəlirlərinin yüksəlməsinə də şərait yarada bilər. Buna görə də turistlərin bölgələrə cəlb edilməsi məsələsinə xüsusi diqqət yetirilməlidir”.

Son xəbərlər