Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hotellərdə daha çox hansı ölkə turistləri qalır? - Statistika

26.07.2019 23:56 1 405
Azərbaycanda hotellərdə daha çox hansı ölkə turistləri qalır? - Statistika
Bu ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1327,5 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.

Median.Az
trend-ə istinadən xəbər verir ki, gecələmələrin 63,3 faizi Bakıda, 8,7 faizi Qəbələdə, 4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,8 faizi Qusarda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,6 faizi Xaçmazda, 1,3 faizi Mingəçevirdə, hər birində 0,9 faiz olmaqla Qax və Gəncədə, 8,2 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 954,2 min olub ki, bu da ümumi gecələmələrin 71,9 faizini təşkil edir.

Gecələmələrin 12,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,2 faizi Rusiya 8,7 faizi Səudiyyə Ərəbistanı, 5,9 faizi Hindistan, 5,6 faizi İsrail, 5,4 faizi Türkiyə, 5,0 faizi İran, 3,8 faizi Böyük Britaniya, 3,3 faizi Küveyt, 2,1 faizi ABŞ, 2,0 faizi Pakistan, 1,9 faizi Qətər, hər biri üzrə 1,5 faiz olmaqla Qazaxıstan və İraq, 1,3 faizi Çin, 1,2 faizi Almaniya, 25,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,6 faizi Bakı şəhərində, 7,9 faizi Qəbələdə, hər birində 3,4 faiz olmaqla Naxçıvan Muxtar Respublikasında və Naftalan şəhərində, 3 faizi Qubada, 2,1 faizi Qusarda, 2,6 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 5,5 faiz artaraq 373,3 minə çatıb.скачать dle 11.3
Mojo.az Banner