Mojo.az Banner
21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib

12.10.2026 19:58 225
Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib
Azərbaycanın Pakistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov etimadnaməsini bu ölkənin Prezidenti Asif Əli Zərdariyə təqdim edib.

Səfirlikdən verilən məlumata görə, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir İrfan Davudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan Prezidenti Asif Əli Zərdariyə çatdırıb.

Səfiri təyinatı münasibətilə təbrik edən Zərdari, Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Pakistan prezidenti görüş zamanı iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsini vurğulayıb. O, siyasi əlaqələrin iqtisadi əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasının vacibliyini qeyd edib.

Səfir İrfan Davudov Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini vurğulayaraq, Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi diqqətə çatdırıb və bu ölkənin hökumətinə və xalqına təşəkkürünü ifadə edib.

Görüşdə, həmçinin yüksəksəviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət, qarşılıqlı investisiya, təhsil, turizm və s. sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner